Əsas Səhifə > Gündəm, Manşet > Qarabağ əlili son ümid yeri kimi Zakir Həsənova ağız açası oldu

Qarabağ əlili son ümid yeri kimi Zakir Həsənova ağız açası oldu


1-07-2014, 10:24
Qarabağ əlili son ümid yeri kimi Zakir Həsənova ağız açası oldu
DİA.AZ: - Sumqayıt şəhər 6-cı mikrorayon bina 37, mənzil 16-da yaşayan 2-ci qrup Qarabağ müharibə əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu Müdafiə Naziri Zakir Həsənova müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Hörmətli Cənab Nazir! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 05.05.2014-cü il tarixdən etibarən dəfələrlə müraciət etməyimə baxmayaraq, hələ bu günə qədər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Cavadov Namiq mən və 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ tərəfindən yazılan məktublara cavab verməyib, buna baxanda əvvəlki Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi mayor Qurbanov Mübarizin atasına Allah rəhmət eləsin. Yenə onlar vaxtında məktublara cavab yazırdılar.

Mən 2-ci qrup Qarabag əlili əvvələr N saylı hərbi hissədə xidmət etmişəm, xidmətdə olduğum dövrdə 15 dekabr 2008-ci il tarixdən 08 dekabr 2010-cu il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuşam. Qarabag əlilinə belə diqqətsizliyi görüb, bir daha Sizə müraciət edirəm.

Hörmətli Cənab Nazir !

Sizdən xahiş edirəm ki, 414 saylı hərbi hissədən 408 saylı hərbi hissəyə 2008-ci il tarixdən 2010-cu il tarixədək müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuşam. Bu vaxtlar ərzində ezamiyyətdə olduğum günlərin pulunu almamışam. Hazırda bu işlə bağlı 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNDƏ iş araşdırılır. Bu işin daha aydın araşdırılması üçün 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN tərəfindən daxil olan məktubuna bu günə qədər cavab verilməmişdir. Məktuba cavab verilməsi üçün aidiyyatı şəxslərə göstəriş verəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt