Əsas Səhifə > Gündəm, Manşet > Nazir qardaşı Şirvan sakinlərini canlarından da bezdirib

Nazir qardaşı Şirvan sakinlərini canlarından da bezdirib


25-06-2014, 10:10
Nazir qardaşı Şirvan sakinlərini canlarından da bezdirib
DİA.AZ: - Şirvan şəhərinin icra başçısı Mərdan Camalovla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Həmin məlumatları isə şəhərin bir qrup ağsaqqalı göndərib. Onlar deyirlər ki, Camalovun əməllərindən beziblər. Hətta artıq Şirvanda onun əlindən yaşamaq belə mümkünsüzə çevrilib.

Sakinlər bildiriblər ki, icra başçısının hal hazırda əsas işi pul qazanmaqdır. Və bunu da təkcə büdcə vəsaitlərini talamaq yolu ilə deyil, həmçinin iş adamlarının gəlirlərinə göz dikməklə həyata keçirirlər. «Şirvan camaatı Mərdan Camalovdan şikayətçidir. Amma kimsə bizim şikayətimizə baxmır. İcra başçısı da özünün müavini Sammit Abıyevlə birlikdə ancaq və ancaq Şirvandakı dövlət idarələri və ozəl obyektlərdən pul yığmaqla məşğuldurlar. Artıq onlar market sahibləri və iş adamlarını bezdiriblər. Hər gün min bir bəhanə ilə onlardan pul qoparırlar».

Şirvanlılar deyirlər ki, Mərdan Camalov təkcə qeyd olunan kontingentdən deyil, həmçinin məktəb direktorlarından da pul tələb edir.

DİA.AZ-a müraciət edən bir qrup sahibkar isə artıq pul yığımından cana doyduqlarını bildirir: "Dəfələrlə cənab prezident də deyib ki, sahibkarları hansısa quruculuq, abadlıq işlərinə zorla cəlb etmək olmaz. Amma Mərdan Camalov Şirvandakı sahibkarlara əlindəki administrativ rıçaqlar hesabına təzyiqlər edərək, qanunsuz pul yığımı ilə məşğuldur. Bir gün eşitsəniz ki, Şirvanın sahibkarları kütləvi şəkildə intihar ediblər, təəccüblənməyin. Başqa yolumuz qalmayıb".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt