Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı ilə bostan əkənin tağı başında bitər - Gəncənin şefi iş adamına necə torba tikdi?
İcra başçısı ilə bostan əkənin tağı başında bitər - Gəncənin şefi iş adamına necə torba tikdi?18-06-2014, 10:55 |
Bir neçə gün öncə Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) Gəncə şəhərindəki uşaqların əyləncə məkanı olan “Cırtdan” parkı ilə bağlı qanunsuzluqlardan bəhs etmişdi. Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) haqqında bəhs edilən “Cırtdan” parkı ilə bağlı xeyli maraqlı məlumatlar əldə edib. Redaksiyamıza daxil olan məlumata görə uşaqların istirahətini təşkil etmək üçün Fuad və Həsən adlı iş adamları Gəncə şəhər icra hakimiyyəti ilə 2037-ci ilə qədər müqavilə imzalayıblar. Məqsəd körpələrin istirahətini təşkil etmək olub. Lakin bir müddət sonra Fuad və Həsən adlı iş adamları bağladıqları müqaviləyə görə peşiman olublar. Belə ki müqavilə bağlanarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iş adamları olan Fuad və Həsəni inandırıb ki, onlar “Cırtdan” parkında sərbəst biznes fəaliyyəti ilə məşğul ola bilərlər və kimsə onların fəaliyyətinə müdaxilə etməyəcək. Başçının sözünə inanan iş adamları xarici ölkələrdən 400 min manatlıq dəyərində karusel alaraq parkda quraşdırıblar. Karusellər “Cırtdan” parkında quraşdırılandan sonra iş adamlarına qarşı Elmar Vəliyevin münasibəti dəyişib. İcra başçısının göstərişi ilə “Cırtdan” parkına verilən elektrik enerjisi qanunsuz olaraq kəsilib. Bu azmış kimi parkı hər tərəfdən hasara alıblar. İş adamları Fuad və Həsən əllərində olan müqaviləni əsas tutaraq icra başçısına öz iradlarını bildirərək , öz “xərc”lərini geri almaq şərti ilə karuselləri parkdan söküb aparacaqlarını bildiriblər. Onu da qeyd edək ki, belə hadisə Gəncə şəhərində ilk dəfə deyil baş verir. Redaksiyamıza daxil olan məlumata görə Gəncə şəhərində “İmperial” şadlıq sarayının sahibi olan Elşən adlı şəxslə də Elmar Vəliyev arasında qarşıdurma olub. Belə ki icra başçısı ilk dəfə Elşənə tapşırıq verib ki, öz obyektləri ilə bərabər yaxınlıqdakı binanı da daş üzlüklə (aqlayla) üzləsin. Elşən isə hörmət əlaməti olaraq başçının tapşırığını yerinə yetirib. Bir müddət sonra icra başçısı Elşəndən daha bir neçə binanı öz hesabına üzlüklə örtməyi tələb edib. Bu məqamda iş adamı ilə icra başçısı arasında mübahisə yaranıb. Bundan qeyzlənən Elmar Vəliyev iş adamını cəzalandırmaq qərarına gəlib. Və iş adamının “maliyyə mənbəyi” olan, Rusiyanın Orcenikidze şəhərində hərbçi kimi xidmət edən qardaşı Şahinlə maraqlanmağa başlayıb. Şahin Rusiyada qazandığı pulları Azərbaycana yönəldərək bir neçə obyekt almışdı, yəni başqalarından fərqli olaraq öz vətəninə sərmayə yatırır. İcra başçısı öz kanalları vasitəsilə Orcenikidzenin hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq qardaşları zərərsizləşdirə bilib. Və sonda Şahini həbs edirlər. Həbsdən azad olunan Şahin hazırda Gəncəyə qayıdıb və “İmperial” şadlıq sarayını idarə edir. Bütün bunları nəzərə alaraq Gəncəli iş adamlarına tövsiyyə edirik ki, icra başçısı ilə kəllə-kəlləyə gəlməsinlər… Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |