Əsas Səhifə > Gündəm, Manşet > Keçmiş müdafiə nazirinin adı Şahin Sultanovun işində keçir
Keçmiş müdafiə nazirinin adı Şahin Sultanovun işində keçir17-06-2014, 10:00 |
DİA.AZ: - Keçmiş müdafiə naziri Səfər Əbiyev neçə müddətdir ki, istintaqdan yayınır. Bu ilgic iddianı DİA.AZ-a açıqlamasında söyləyən məlumatlı mənbə bildirir ki, sabiq nazir bu günlərdə həbs edilmiş Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovu nişi ilə əlaqədar istintaqa dəvət olunsa da, Səfər Əbiyev bu dəvətdən imtina edib və heç bir izahat verməyib. Xatırladaq ki, Səfər Əbiyevin yaxın adamlarından biri kimi tanınan Şahin Sultanov uzun müddət yeni müdafiə naziri Zakir Həsənovun təqibində oldu, onun çevrəsi budandı, ardından da vitse-admiral Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilərək həbsə atıldı. Məlumatlı mənbə dia-az.life-a bildirir ki, Səfər Əbiyevin adı təkcə bu işdə yox, ordu ilə bağlı açılmış daha bir neçə cinayət işində də hallandırılsa da, sabiq nazir hansısa formada istintaqla əməkdaşlıq etməyərək, bu günə kimi rədd cavabı verməkdədir. Bunun isə nəhayətdə Səfər Əbiyevin zorla istintaqa cəlb olunması ilə nəticələnə biləcəyini qeyd edən mənbə onu da əlavə etdi ki, yaxın günlərdə konkret qərar verilə bilər. Geri qayıt |