Əsas Səhifə > Gündəm, Manşet > Dövlətin ən strateji obyektinə nədən bu qədər biganəlik var – “AZAL”-dakı vəhabi şəbəkəsinə böyük imkanlar

Dövlətin ən strateji obyektinə nədən bu qədər biganəlik var – “AZAL”-dakı vəhabi şəbəkəsinə böyük imkanlar


16-06-2014, 11:46
Dövlətin ən strateji obyektinə nədən bu qədər biganəlik var – “AZAL”-dakı vəhabi şəbəkəsinə böyük imkanlar
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, vəhabilər AZAL dövlət konsernində ciddi şəkildə şəbəkələşiblər ki, hətta buna başda AZAL şefi Cahangir Əsgərov olmaqla, digər rəhbər şəxslər də heç bir şəkildə mane olmağa həvəsli görünmürlər. Həmin informasiyanı təkrarən xatırladırırq:

“«Bu gün AZAL Dövlət Konserninin ən strateji qurumlarından olan Aviasiya Təhlükəsizlik İdarəsi tam olaraq vəhabilərin nəzarətindədir». Bu ilginc informasiyanı DİA.AZ-ın elektron poçtuna yollayan məlumatlı mənbə iddia edir ki, günü-gündən şəbəkələşən vəhabilər qeyd olunan dövlət qurumunda hər kəsə meydan oxuyurlar.

Mənbənin dia-az.life-a yolladığı xəbərdə daha sonra bildirilir: «Vəhabilər Aviasiya Təhlükəsizlik İdarəsində kifayət qədər rahatdırlar. Onlara rəhbərlik tərəfindən də söz deyilmir.

Aşkar şəkildə şiə inancından olan işçiləri aşağılayırlar və hər kəsin üzünə deyirlər ki, şiənin qanı onların halalıdır. Dəfələrlə bu barədə konsernin rəhbərliyi məlumatlandırılsa da, şikayətlər edilsə də, amma tədbir görülmür».

Məlumatı dia-az.life-a verən mənbə həmçinin bildirir ki, Aviasiya Təhlükəsizlik İdarəsində cəmləşən vəhabilər Azərbaycanda Suriyadakı «cihadın» təkrarlanmasını da arzulayırlar: «Açıq şəkildə bildirirlər ki, əgər Suriyada baş verənlər Azərbaycanda təkrarlanarsa, şiələrə qan udduracaqlar»”.

DİA.AZ-a daxil olan son informasiyadan isə aydın olur ki, bu məlumatımız artıq öz işini görüb. Amma fərqli formada və əldə etdiyimiz xəbərlər də təsdiqləyir ki, vəhabilər elə AZAL rəhbərliyi tərəfindən himayə olunur. əgər belə olmasaydı, AZAL-ın Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov bu gün rəhbəri olduğu təşkilatda radikal ovqatlı vəhabiləri durdurmaq əvəzinə onlarla bağlı məlumatı mətbuata ötürənləri təqibə başlatmazdı.

Belə ki, DİA.AZ-ın baş verənləri ictimailəşdirməsinin ardından Elxan Orucov vəhabi olmayan və zaman-zaman vəhabilərdən şikayət edən ATİ əməkdaşlarını sorğu-suala çəkməyə başlayıb. Daxil olan informasiyada o da vurğulanır ki, Elxan Orucov bu işi birbaşa olaraq Cahangir Əsgərovun göztərişi ilə həyata keçirir...

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…


Geri qayıt