Əsas Səhifə > Gündəm, Manşet > Əbülfəs Qarayevin işçilərinin öz balaca korrupsiya dünyaları var
Əbülfəs Qarayevin işçilərinin öz balaca korrupsiya dünyaları var4-06-2014, 09:30 |
DİA.AZ: - Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, rayon maliyyə şöbəsinin müdiri Vaqif Əkbərovla əlbir olaraq dövlət büdcəsini total şəkildə mənimsəyirlər. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar məlumat verir. Daxil olan xəbərə görə, şöbə rəhbərləri bu işləri həyata keçirərkən bir sıra fırıldaqlara imza atırlar. Belə ki, şöbənin obyektlərində cari təmir işlərinin satın alınması adı altında 49378,92 manatı “Tomris” MMC-nin əliylə silməyə nail olmuş qurumun rəhbəri, bununla kifayəıtlənməyib eyni şirkətlə yenə də şöbənin obyektlərində əsaslı təmir işlərinin satın alınması adı altında daha 28787,23 manatı mənimsəməyə nail olublar. dia-az.life-a daxil olan məlumatlarda qeyd olunur ki, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi dəftərxana ləvazimatlarının satın alınması zamanı da az pul qazanmayıb. Bu dəfə 12005 manat «xərcləyiblər». Eyni zamanda, təsərrüfat mallarının satın alınması prosesində 6864 manatın aqibəti qaranlıq olaraq qalıb. Qeyd edək ki, bərk inventarların satın alınması adı ilə 46202 manatı silməyə nail olmuş şöbə müdiri, avadanlıqların satın alınması adıyla da 24638 manatın axırına çıxıb. Bununla yanaşı, digər maşın və avadanlıqların satın alınması üçün də ayrılmış 42300 manatın mənimsənildiyi iddiası var. Sonuncu belə əməliyyat isə keçən il yumşaq inventarların satın alınması adı altında həyata keçirilib və bu zaman şöbə müdiri 9740 manatın axırına çıxıb. Qeyd edək ki, Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramı 2011-2013-cü illər üçün Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 02 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilib. Planda nəzərdə tutulmuş Dağ Kəsəmən kəndində yerləşən Eyyub ağa məscidinin , Qıraq Kəsəmən kəndində yerləşən İsrafil ağanın evi və XV!! əsrə aid qüllənin bərpasına ayrılan vəsaitin həzm-rabedən keçirilməsi də bu iki şəxsə aiddir. Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |