Əsas Səhifə > Gündəm, Manşet > Samir Şərifovun Saatlıdakı adamı məmurların başağrısına çevrilib

Samir Şərifovun Saatlıdakı adamı məmurların başağrısına çevrilib


31-05-2014, 14:06
Samir Şərifovun Saatlıdakı adamı məmurların başağrısına çevrilib
DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlarda Saatlı rayon Maliyyə idarəsinin müdiri Namiq Bağırovun bu xüsusda kifayət qədər qanun pozuntularına yol verdiyi iddia olunur. DİA.AZ-a daxil olan həmin məlumatlarda göstərilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Namiq Bağırov isə özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hesab edir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir.

Xəbərdə vurğulanır ki, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Saatlı rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Diqqəti cəlb edən məqam bundan ibarətdir ki, xüsusilə son vaxtlar respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin tərkib hssəsi kimi ölkənin rayon və şəhərlərində fəaliyyət göstərən maliyyə idarələrində keçirilmiş yoxlamaların nəticəsi olaraq bəzi idarə rəislərinə qarşı həbs cəzasının tətbiq olunması hallarının bir neçə dəfə şahidi olsaq da, bir çox maliyyə idarələrində vəziyyət olduğu kimi bərbad halda qalmaqdadır. Daha dəqiq desək rayon maliyyə idarələrinin bir çoxu müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər.

Məhz bu səbəbdən də uzun müddətdir ki, maliyyə idarələri tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində öz aktuallığını saxlayır. Saatlı rayon Maliyyə idarəsinin fəaliyyətinə dair dərc etdiyimiz ötən materialda biz qeyd etmişdik ki, Namiq Bağırov bu quruma rəhbərlik etdiyi ilk gündən rayonda yeni qaydalar tətbiq etməyə başlayıb. Belə ki, maliyyə şefi ilk olaraq bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlara konkret iki tapşırıq verib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, birinci tapşırıq ondan ibarətdir ki, Saatlıda heç bir dövlət müəssisəsi və ya qurumu onun icazəsi olmadan işə adam götürə bilməz. Hətta bununla bağlı rayon rəhbərliyinin şəxsi göstərişi olsa belə. İkinci tapşırığı isə bundan ibarət olub ki, rayonda hər bir idarə və müəssisə rəhbəri əmək haqlarının 50 faizini ona verməlidir. İlk belə təcrübəni isə N.Bağırov rayonun Sanitar-Gigeyena və Epidemologiya İdarəsində həyata keçirib.Həmçinin daxil olan məlumatlarda Namiq Bağırovun və onun müavini Nəsir Ağayevin Saatlı məktəblilərinin Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlərə qatılmaq üçün Bakıya getmələrini əngəlləmələri də öz əksini tapmışdı.

Məlum olduğu kimi bir müddət əvvəl məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinə yekun vurulmuşdur. Mayın 6-da isə “Gülüstan” Sarayında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdi. Mənbələr bildirirlər ki, həmin vaxt Saatlı məktəblilərinin bu tədbirə qatılmaları məqsədilə yol xərcləri və digər məsrəflər üçün maliyyə vəsaitinin ayrılması barədə Namiq Bağırova müraciət olunmuşdu. Lakin Saatlının maliyyə şefi bu məqsədlər üçüm “onda artıq pulun olmadığını” əsas gətirərək vəsait ayırmaqdan imtina etmişdi. Görünür Namiq müəllim “artıq pul” anlayışını bir qədər təhrif olunmuş formada başa düşür. Çünki gənclərimizin milli-vətənpərvər ruhda formalaşmalarına, onların inkişafına sərf olunan vəsaitlər “artıq pul” deyil, bəlkə də ən zəruri məsrəflər qrafasına aid oluna bilər. “Artıq pullar” kimi isə daha çox Namiq Bağırovun və Nəsir Ağayevin Bakıda aldıqları evlərə və yeni avtomobillərə xərclədikləri vəsaitləri təsnifatlandırmaq olar. Lakin bu pulların da dövlət büdcəsindən ayrılan vəsaitlərdən necə “artıq” qaldığı müvafiq orqanlar tərəfindən dərindən araşdırılmalıdır...

Geri qayıt