Əsas Səhifə > Gündəm, Manşet > Bərdə icra başçısına qarşı böyük yeyinti ittihamı
Bərdə icra başçısına qarşı böyük yeyinti ittihamı22-05-2014, 13:36 |
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev hər il büdcədən külli miqdarda vəsaiti necə silib evinə daşıyır. Hər il dövlət büdcəsindən Bərdə rayonunun kəndlərində adı olub özü olmayan və buna baxmayaraq sənədlərdə davamlı olaraq bərdəlilərə «mədəniyyət» bəxş edən klub, dərnək və kitabxanaların «fəaliyyəti» üçün külli miqdarda vəsait ayrılır. Bunlara həmin klub və kitabxanaların cari təmiri, qış aylarında klub və kitabxanaların qızdırılması, dəftərxana və mətbəə xərcləri, olmayan işçilərin maaşları və olmayan dərnəklərin, həmçinin klub və kitabxanaların zəruri avadanlıqlarla təmin olunması aiddir. Elə Bərdə Mədəniyyət və Turizm Şöbəsinin elan etdiyi tenderlərə nəzər saldıqda mənimsəmələrin və korrupsiyanın miqyası özü-özünə görünür. Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyevin həyata keçirdiyi maliyyə maxinasiyaları və böyük korrupsiya əməlləri ilə ilə bağlı PİA.AZ-a növbəti ilginc informasiya daxil olub. Məluamt göndərən mənbə bildirir ki, şöbə müdiri İlyas Hacıyevin vəsait silmə maxinasiyalarından biridə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdindəki olmayan mədəniyyət evləri, kitabxanalar və klublar üçün qış ayında alınan odun yanacağ məhsuludur. Belə ki, İlyas Hacıyev hər il mədəniyyət evlərinin, kitabxanalrın qızdırılması üçün odun yanacağının alınması üçün dövlət büdcəsindən nə az nədə çox düz 80 min manata yaxın vəsait alır. Bildirilir ki, sənədlərdə rayon mərkəzində yerləşən mədəniyyət obyektlərinin də odunla qızdırıldığı göstərilir. Məlumatda qeyd olunur ki, şöbə müdiri bu qədər odunu kənd mədəniyyət evlərinin, kitabxanalrın adına sənədləşdirərək silir. Çünki İlyas Hacıyevin 80 min manatlıq odununa Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdindəki bütün binaları qış ayından yay ayına kimi qızdırmaq olar. Ancaq təssüflər olsun ki, şöbə müdirinin odunları çox tez yanıb külə dönür… Əslində isə qış aylvarında klub və kitabxanalarda «kül olan» 80 min manat İlyas Hacıyevin evində və obyektlərində «ikinci baharını» yaşayır və dövlətin ayırdığı bu vəsait şöbə müdirin çiçəklənən sərvətinə sərvət qatır. Daxil olan məlumata əsasən İlyas Hacıyev rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru ilə əlbir olaraq ötən il saxta sənədlər əsasında külli miqdarda odunun alınmasını sənədləşdirib. Əldə olunan razılığa əsasən Bərdə rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru saxta sənədlərə imza atdığı üçün 10 min manat alıb. Vəsaitin yerdə qalan hissəsi, yəni 70 min manat dövlət vəsaiti isə İlyas Hacıyevin və Bərdə rayon icra hakimyyətinin başçısı Vidadi İsayevin sərvətinə sərvət qatıb. Qeyd edək ki, bu Bərdənin icra başçısı Vidadi İsayevin yeganə odun maxinasiyası deyil. İcra başçısı hər il icra nümayəndəliklərinə, məktəblərə, uşaq baxçalarına və müxtəlif büdcə təşkilatlarına minlərlə kubmetr odun yanacağı «alır» və bu alışverişdən hər il yüz minlərlə manat dövlətin kassasından çıxararaq öz cibinə qoyur. Onu da qeyd edə ki, son bir neçə ildə alınan odunları nəzərə alarsaq, Bərdə rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin balansında bir metrdə meşə zolağı qalmamalıydı. Bundan başqa PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, ötən il Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev olmayan klub və kitabxanalar üçün 110 min manatlıq dəftəraxan ləvazimatları alıb. Bizdə Bərdə mədəniyyət işçilərinin kütləvi şəkildə «Pika» xəstəliyinə (kağız yemək xəstəliyi) tutulması ilə bağlı heç bir məlumat yoxdur, amma ən azından Səhiyyə Nazirliyi Bərdədə monitorinq keçirmlidir. Çünki bu 110 min manatlıq kağızın hara sərf olunması maraq doğurur. Hər halda İlyas Hacıyev olmayan klub və kitabxanaların fəaliyyətini göstərmək üçün tərtib etdiyi saxta sənədlər üçün 110 min manat dəftərxana ləvazimatı sərf etdiyini iddia edə bilməz. Apardığımız araşdırma zamanı isə məlum oldu ki, İlyas Hacıyev 2014-cü ili üçün yenədə rəhbərlik etdiyi Mədəniyyət və Turizm şöbəsinə dəftərxana ləvazimatları alınması üçün 125 min manat vəsait ayırtdıra bilib. Bu isə o anlama gəlir ki, Şöbə müdiri icra başçısına arxalanaraq hər il dəftərxana və odun yanacağı adı altında dövlətdən 200 min manata yaxın vəsait oğurlayır. Onu da qeyd edək ki, bütün bu dəftərxana və odun maxinasiyaları demək olar ki, istisnasız bütün rayonlarda baş verir və büdcə təşkilatlarının vasitəsi ilə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait mənimsənilir. Halbuki lazım olan dəftərxana və odun yanacağını büdcə təşkilatlarının rəhbərləri öz vəsaitləri hesabına alırlar. Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |