Əsas Səhifə > Gündəm, Manşet > Qazaxda Hacı İbrahim Nehrəmliyə qarşı üsyan – Sakinlər başçıdan dövlət telefonu ilə prezidentə zəng etməsini istəyirlər
Qazaxda Hacı İbrahim Nehrəmliyə qarşı üsyan – Sakinlər başçıdan dövlət telefonu ilə prezidentə zəng etməsini istəyirlər19-05-2014, 09:13 |
DİA.AZ: - Məlum olduğu kimi dünən iki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb. E.Məmmədun xalası oğlu Nəsib Nəsibovun dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl «Avesta» konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil alıb. "Amma bir müddət sonra məhkəmədə onun iştirakı olmadan evləri ləğv olunub. İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır", - deyə Nəsibov bildirib. Onu da bildirək ki, Elşad Məmmədov bu addımı atana qədər müxtəlif dövlət instansiyalarına müraciət etsə də, onun probleminin həllinə kimsə dəstək olmayıb. Əksinə, bu gün böyük imkanlara malik olan «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli haqqı tapdanan sahibkarın səsinin boğulması üçün ayrı-ayrı mətbu orqanları belə satın alıb. Bunu da DİA.AZ-a açıqlamasında zamanında Elşad Məmmədovun özü deyirdi. Bu gün isə DİA.AZ-a daxil olan məlumatdan aydın olur ki, Elşad Məmmədovun ağzını tikməsi Qazax sakinlərini həyəcanlandırıb və narahat edib. Rayondakı əməkdaşımızın bildirdiyinə görə, Hacı İbrahim Nehrəmlinin bir qazaxlı iş adamının başına belə bir oyunu açması sakinləri etiraza qalxmağa vadar edib. «Hazırda rayon sakinləri icra hakimiyyətinin qarşısında toplanmaqdadır» deyən DİA.AZ əməkdaşının sözlərinə görə, sakinlər icra başçısı Ayaz Əsgərovun gəlməsini gözləyirlər: «Əsas tələb isə bundan ibarətdir ki, icra başçısı özünün dövlət telefonu ilə Bakıya zəng etsin və qazaxlı sahibkarı bu həddə çatdıran Hacı İbrahimlə bağlı problemi prezidentin diqqətinə çatdırsın. Çünki sakinlər bu olayı ürək ağrısı ilə qarşılayıblar». Əməkdaşımız bildirir ki, yaxın saatlarda aksiya başlayacaq. Əlavə bilgi verəcəyik… Geri qayıt |