Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarov özünə yaxın çevrədə çox ilginc məqamları etiraf edib

Mikayıl Cabbarov özünə yaxın çevrədə çox ilginc məqamları etiraf edib


14-05-2014, 09:25
Mikayıl Cabbarov özünə yaxın çevrədə çox ilginc məqamları etiraf edib
DİA.AZ: - Təhsil sistemində o qədər də ciddi islahatları həyata keçirə bilməyən Mikayıl Cabbarov vəzifə başının bir ilinin tamam olması münasibətilə bu günlərdə özünün yaxın çevrəsinə ziyafət veribmiş və bu tədbirdə çox ilginc bir açıqlamada bulunub. Bu barədə DİA.AZ-a təhsil nazirlyindəki mötəbər mənbələr informasiya verib.

Xatırladaq ki, Mikayıl Cabbarov keçən ili naprel ayının 19-da Misir Mərdanovu təhsil naziri postunda əvəzləyib. Aradan bir il vaxtın keçməsinə baxmayaraq Mikayıl Cabbarov da Misir Mərdanovdan qalma problemlərin həllində ciddi dönüşünə nədən olmayıb ki, bu da haqlı olaraq «yeni nazir köhnə eşalonun girovudur» qənaətini formalaşdırıb.

DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, özünün təhsil sistemindəki islahatlarda tam müstəqil olmadığını etiraf edən Mikayıl Cabbarov bu gün ona ciddi basqıların olduğunu da qeyd etdiyimiz ziyafət məsclisində yaxınlarına söyləyib.

Mənbənin bildirdikləri: «Mikayıl Cabbarov açıq şəkildə bildirib ki, ona qarşı təzyiqlər var. Ona görə də hansısa məmuru işdən çıxarma, hansısa islahat xarakterli addımı atma kimi məsələlərdə müstəqil deyil».

Bu arada mənbəmiz maraqlı bir faktı da açıqlayıb: «Gəldiyi ilk günlərdə mətbuatla təmasa açıq olan, hətta özünün «facebook» səhifəsində belə vətəndaşları maraqlandıran sualları cavablandıran, onların fikirlərini dəyərləndirən Mikayıl Cabbarov çox keçmədi ki, mətbuatdan uzaq qaçmaq zorunda qaldı. İndi hətta birbaşa olaraq nazirlə də görüşmək mümkün deyil. Yəni rəsmən belə bir qadağa var. Halbuki Misir Mərdanovun dövründə nazirlə görüş bu qədər problemli deyildi».

Mənbəmiz bütün bu qadağaların əslində Mikayıl Cabbarova qarşı tətbiq olunan təzyiqlərdən biri kimi qəbul edilməsinin vacibliyinə də işarə etdi: «Mikayıl Cabbarova ictimai fəallıq rəsmən qadağan edilib. Bu da təzyiqlərdən biridir».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt