Əsas Səhifə > Gündəm, Manşet > Ərdəbilin imam-cüməsi bu dəfə Azərbaycanı təriflədi, İsrailin qarasınca deyindi

Ərdəbilin imam-cüməsi bu dəfə Azərbaycanı təriflədi, İsrailin qarasınca deyindi


11-05-2014, 11:50
Ərdəbilin imam-cüməsi bu dəfə Azərbaycanı təriflədi, İsrailin qarasınca deyindi
DİA.AZ: - Xəbər verdiyimiz kimi, dünənə qədər Azərbaycan dövlətini, Azərbaycanın dövlət rəhbərliyini, Azərbaycan türkünü və onun dəyərlərini aşağılamaları ilə diqqətə gələn İran mediası və fars-molla rejimini ayrı-ayrı ayətullahları indi də eyni həvəs və şövqlə mövsümi xarakter daşıyan absurd İran-Azərbaycan döstluğunu vəsf etməkdədirlər.

DİA.AZ bildirir ki, buna görə də əleyhimizə danışan ənənəvi dillər də kəkəldəyə-kəkəldəyə olsa da qeyd olunan amluaya transfer alıblar. Azərbaycan türkünün əleyhinə çıxışlarından yaxşı tanıdığımız Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili da İranın xüsusi xidmət orqanlarının yeni təlimatına ayaq uydurmaqdadır və özünün son xütbəsində “dostluqdan” danışıb, həm də bu “dostluğu” pozmağa çalışan İsraili qınayıb.

DİA.AZ İran mediasında yer almış həmin məlumatı diqqətinizə təqdim edir:

““Sionist rejim İran və Azərbaycan xalqları arasındakı dost münasibətdən nigaran olaraq, bu münasibətləri korlamağa çalışır”. İRNA-nın məlumatına görə, höccətülislam Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində daha sonra vurğulayıb: İşğalçı İsrail rejimi İran İslam Respublikasının Qafqaz ölkələri ilə dost münasibətlərinə dözə bilmir və bu münasibətlərə zərbə vurmaq üçün heç bir fitnədən çəkinmir.
O, Azərbaycan Respublikası prezidentinin Tehrana olan son səfərinə işarə edərək, deyib: Bu səfər iki ölkənin müsəlman, şiə və dost xalqı arasında münasibətlərin inkişafı ilə bağlı ümidlərin artmasına səbəb olub. Amma, aydın idi ki, işğalçı rejim bu məsələdən nigaran olub və pozuculuq törətmək istəyəcək.
Ərdəbilin imam cüməsi əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdə buyurduqları kimi, İsrail heç bir vəchlə İran və Azərbaycan xalqları arasında dost münasibətlərin olması ilə razılaşa bilmir.
Höccətülislam Seyid Həsən Amili daha sonra deyib: Tehran səfərinin başa çatmasından sonra, hələ İlham Əliyev Bakıya çatmamış, İsrailin xarici işlər naziri Azərbaycan Respublikasına səfər etdi ki, bu səfərin mahiyyətindən xəbərdar və onun nəticələrinin gerçəkləşməsinə mane olsun.
Ərdəbilin imam cüməsi əlavə edib: Tehran-Bakı arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası yolunda mane yaratmaq və iki ölkə arasındakı münasibətlərdə pozuculuq törətməkdən başqa, İsraillilərin Azərbaycandakı iştirakının ikinci səbəbi İran İslam Respublikasına qarşı casusluqdur.
Onun dediyinə görə, İranın nüvə alimlərini terror edənlər İsrail casusları ilə Azərbaycan ərazisində görüşüblər və bu sahədə lazım olan göstərişlər və təlimləri orada alıblar.
Amili daha sonra deyib: Sionist rejimin Azərbaycan Respublikasındakı başqa missiyası bu ölkə islamçıları ilə mübarizədir. İsraillilər dəfələrlə xəbərdarlıq ediblər ki, Bəhreyn hadisələrinin Azərbaycanda təkrarlanmasına və islamçıların güclənməsinə icazə verməyəcəklər.
Ərdəbilin imam cüməsi vəhhabilik təhlükəsinin Qafqaz məntəqəsidə genişlənməsinə işarə edərək, deyib: Bu məntəqə ölkələrinin rəsmiləri vəhhabilik təhlükəsinin böyüklüyünü dərk etdikdə, bu çirkin fenomenin kökünü məntəqədən kəsmək istədilər. Lakin, İsrail və Amerika buna mane oldular.
Höccətülislam Amili deyib: Vəhhabilik, Əl-Qaidə, İŞİD, Ənnüsrə və digər terrorçu dəstələr ABŞ və İsrail tərəfindən yaradılıblar. Onlar bu terrorçu qruplar vasitəsilə dünyada İslama qarşı qorxu hissi yaratmağa çalışırlar.
Ərdəbilin imam cüməsi Amerika, İsrail və Avropanın terrorçuları himayə etmələrinə toxunaraq deyib: Hazırda bizim region həssas bir mərhələni təcrübə edir. Onların regionla bağlı planları var və ayıq olmaq lazımdır.
O təkid edib ki, münafiqlər, Pejak, PKK İsrail rejimi və Amerikanın buyruq qulu kimi bu xalqın pak övladlarının qanını axıtmaq, onları şəhid etmək üçün fərman gözləyirlər”.

Geri qayıt