Əsas Səhifə > Gündəm, Manşet > İran mətbuatından Qarabağ probleminin həlli ilə bağlı ilginc iddia səsləndi

İran mətbuatından Qarabağ probleminin həlli ilə bağlı ilginc iddia səsləndi


8-05-2014, 09:19
İran mətbuatından Qarabağ probleminin həlli ilə bağlı ilginc iddia səsləndi

DİA.AZ: - İran mətbuatı Qarabağ probleminin həlli ilə bağlı olduqca ilginc bir məlumat yayıb. DİA.AZ bildirir ki, fars-molla rejiminin xüsusi xidmət orqanlarının dünənə qədər antiAzərbaycan ruhlu ruporu kimi tanınan «arannyus» portalında yer alan informasiyaya görə, Azərbaycan, Türkiyə və Ermənistanın dövlət rəhbərliyi arasında gizli danışıqlar gedir.

Verilən xəbərə görə, danışıqların başlıca məqsədi 2009-cu il 10 oktyabr tarixində imzalanan Sürix protokolları yenidən gündəmə gətirilib. Mənbə iddia edir ki, Ermənistan dövləti tərəfindən zamanında ratifikasiya olunmayan həmin protokollar artıq Azərbaycan-Türkiyə-Ermənistan arasında müzakirə predmetinə çevrilib.

DİA.AZ olaraq «Arannews» portalında yer alan həmin informasiyanı olduğu kimi diqqətinizə təqdim edirik:

«Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə imzalanan, lakin sonradan Ermənistangn konstitusiya məhkəməsinin neqativ qərarı nəticəsində ratifikasiya olunmayan Sürix protokolları yenidən gündəmə gətirilib.

Bu diplomatik mənbələrdən məlumat veriliib.

İran mətbuatından Qarabağ probleminin həlli ilə bağlı ilginc iddia səsləndi

Ancaq məsələnin özəlliyi ondadır ki, 5 il öncə olduğunun əksinə olaraq bu dəfə Azərbaycan Respublikası hökuməti bu prosesdən, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanmış Qərb layihəsindən kənarda deyil, birbaşa iştirakçı üç dövlətdən biridir.

Diplomatik mənbələrin dediyinə görə, Türkiyə-Ermənistan-Azərbaycan Respublikasının gizli anlaşmasında Ağdam və Füzuli rayonlarının geri qaytarılması barədə söhbətlər var.

Hələ rəsmi Bakg məlumatı təsdiq, yaxud təkzib etməyib».

Geri qayıt