Əsas Səhifə > Gündəm, Manşet > “Azərpoçt” MMC-də talanan büdcə vəsaiti – MMC rəhbrəi dövlətin pullarını necə həzm-rabedən keçirir?
“Azərpoçt” MMC-də talanan büdcə vəsaiti – MMC rəhbrəi dövlətin pullarını necə həzm-rabedən keçirir?7-05-2014, 09:13 |
DİA.AZ: - Redaksiyamıza “Azərpoçt” MMC-nin bir qrup qadın əməkdaşı adından ilginc müraciət daxil olub. Belə ki, müraciət müəllifləri DİA.AZ-a yolladıqları məktublarında şok ittihamlar da səsləndiriblər. Qalmaqala nədən olacaq həmin müraciəti dia-az.life olaraq diqqətinizə təqdim edirik: “Biz “yuxarılara” çox yazmışıq. Ancaq yazdıqlarımız ünvanına çatmayıb. Səbəb Azərpoçrt rəhbəri Qənbər Bəybalayevin Poçtdaşınma Mərkəzinə verdiyi xüsusi göstərişidir. Yəni Qənbər Bəybalayevin xüsusi adamları Poçtdaşınma mərkəzində Respublika üzrə daxil olan məktubların xüsusi distansiyalara göndərilməzdən öncə sartirovka olunur. Belə ki,məktublar açılır və göndərilməsi lazım gələnləri oxunandan sonra döndərilir. Yox, əgər göndərilməsi lazım gəlməzsə, it-bat olunur. Qənbər Bəybalayevin rəhbərlik etdiyi Azərpoç MMC-də kadır dəyişikliyində də ciddi pozuntular var. KŞ-nin rəisi Sevil Nəsirova rəhbərlik etdiyi uzun illərdə rüşvətsiz heç bir məsələni həll etməyib. Məsələ ciddiləşəndə də deyir ki, cənab Bəybalalayevin göstərişidir.Və bu minvalla istər xirda nöqsanlara görə, istərsə də boyük nöqsanlara görə ya işçilər işdən qovulur, ya da onlardan küllü miqdarda rüşvət alınaraq yerində saxlanılır. Ən maraqlısı Poçtamp rəislərinin aqibətidir. Rayonlar üzrə (64 rayon üzrə) mərkəzi poçtamp rəisləri vaxtlı-vaxtında haqqı, payı çatdırmasalar, vay o rəisin gününə. Bir maraqlı faktı da qeyd etmək istərdik. Azərpoct MMC-nin işçilərin çoxu Qənbər Bəybalayevin ən yaxın qohum və adamlarıdır. İkinci bir məsələ.Azırpoctda yuxarı vəzifəyə hər adam elə-belə yuksələ bilməz. Ya gərək lap yuxarının göstərişi olmalıdır, ya da Qənbər Bəybalayevin. Eyni ilə də vəzifəli şəxslərə verilən xidməti maşınlar barədə. Qənbər Bəyalayevin qardaşının oğlu özəl ali məktəb bitirmiş, əsgəri xidmətdə olmayan, Arif Bəybalayev qısa bir müddətdə ən məsul vəzifələrdən birinə təyin olunur. Daha doğrusu onun üçün yeni ştat açılır. Maraqlısı budur ki, 10-15 il poçt sahəsində təcrübəsi olan, poçt sahəsi üzrə ali təhsili olanlar qalıb bir qıraqda, amma təyinatda qohumluq prinsipi üstün tutulut. Rayonların mərkəzi poçtam rəis müavinlərinə və Azərpoçt idarəsində isləyən söbə rəislərinə verilə bilməyən xidməti maşın Arif Bəybalayevə verilir. Əlbəttə maşının adı “xidməti maşın” sayılır. Ancaq maşın şəxsi istifadə üçün - gecə-gündüz Arifin və yaxınlarının sərəncaməndadır. Üçüncü bir məsələ. Hər 6 aydan bir Azərpoçt MMC-də ştat ixtsarı əməliyyatı aparılır. “Yad təbəqə”dən olan işçı qüvvə belə bəhanələrlə (yəni stat ixtisarı) işdən kənarlaşdırılır. Ən azından ona görə ki, yeyintinin və korrupsiyanın üstü açılmasın. Dördüncü məsələ. Respublikanın rayonlarında poçt sahələrində çox acınacaqlı vəziyyət yaranıb. Poçtampın rəisləri necə istəsələr, elə də addım atırlar. Hər rayonun mərkəzi poçtampında ən azından 6-8 nəfər “myortviy duşa”, yəni işə çıxmadan dövlətin pulunu alıb yeyenlər var. Beşinci məsələ. İllərlə rabitə sahəsində çalışıb işləmiş, 20-25 il iş stajına malik əməkdaşlara heç veteran adını da verən yoxdur. Maraqlısı budur ki, ara-sira orda burda isləmiş, iş təcrubəsi və ış stajı tamam olmamışlar pul gücüylə “rabitə veteranı” adını ala bilirlər (necə ki, Qənbər Bəybalayev pul gücünə alimlik adını alıb), ancaq zəhmətlə işləyənlər isə o ada layiq ola bilmirlər”. Onu da bildirək ki, DİA.AZ-a daxil olan müraciətdə daha ağır ittihamlar var idi ki, onları ixtisar etmək zorunda qaldıq. Qarşı tərəfi də dinləməyə hazırıq.... Geri qayıt |