Əsas Səhifə > Gündəm, Manşet > Sabirabad təhsilində qaranlıq olaylar – Bir kəndin məktəbinin rəhbərliyi uğrunda çəkişmənin pərdəarxası
Sabirabad təhsilində qaranlıq olaylar – Bir kəndin məktəbinin rəhbərliyi uğrunda çəkişmənin pərdəarxası6-05-2014, 08:45 |
DİA.AZ: - Sabirabad təhsilinin bu günkü acınacaqlı durumu ilə bağlı redaksiyamıza rayondan informasiya göndərilib. DİA.AZ-a daxil olan məlumatda bir məktəbin ətrafında gedən oyunlardan bəhs olunur ki, bununla da ümumi rayon təhsil sistemi barədə qənaət formalaşdırmaq olar. DİA.AZ-a verilən xəbərə görə, Sabirabadda 1 saylı Sabir adına şəhər məktəbinə direktor təyinatı uğrunda mübarizədə pik həddə çatıb. Belə ki, 3 il öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən Təhsil nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən uzaqlaşdırılmış Məleykə Həsənova deyəsən yarışın qalibidir. Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, rayonun Qaratəpə kəndindən olan bu xanım elə həmin kənddə əsas məktəbdə direktor işləyir. Mənbənin söylədikləri: “Hər yerdə çəkinmədən deyir ki, “mən rayonun başçısına hörmətimi etmişəm, başçı Nazim İsmayılovun birinci müavini Həsən Həsənova əlbəəl 60 min manat vermişəm. Məni arxayın ediblər. Sabir məktəbinin müdiri də özüm olacam. Borcludurlar ki, məni direktor edələr”. Qeyd edək ki, ötən iı ölkə Prezidentinin rayona səfəri çərçivəsində 1200 şagird yerlik M.Ə.Sabir məktəbinin yeni binası istifadəyə verilib. 100-dən çox müəllim kollektivi var. Onlar da rayonda ciddi nöqsanlarına görə təhsil şöbəsinin müdirliyindən qovulmuş belə bir şəxsin direktor təyinatına qarşı ciddi etirazlarını bildirirlər. Bir qrup müəllim artıq narazılıqlarını prezident administasiyasının həmin rayon üzrə kuratoru Dəyanət Abdullayevə çatdırıblar. Nəticəsi olmasa prezident adminstrasiyasının qarşısında toplaşacaqlarını bildiriblər. Geri qayıt |