Əsas Səhifə > Gündəm, Manşet > Hansı oliqarx-məmurumuz öz villasını satın almaq fikrinə düşüb?

Hansı oliqarx-məmurumuz öz villasını satın almaq fikrinə düşüb?


29-04-2014, 09:30
Hansı oliqarx-məmurumuz öz villasını satın almaq fikrinə düşüb?
DİA.AZ: - Məmurların, onların övladlarının və digər yaxınlarının harınlığı bu gün bir problem kimi qabardılmaqdadır. Vəziyyət o həddə çatıb ki, onlar günün-günorta çağı öz dəbdəbəli həyatlarının təsiri altında qarşılarına çıxan sıravi vətəndaşları əzəcək həddə özbaşınalıqlarını nümayiş etdirirlər və bu da hətta prezident tərəfindən belə bir problem kimi dəfələrlə qabardılıb.

Məmur harınlığı mövzusu parlamentdə də zamanında qaldırılıb. Bu barədə hər dəfəsində danışan tanınmış el sənətçisi, millət vəkili Zeynəb Xanlarova «bu xalq bir gün sizə üsyan püskürəcək, bahalı həyatınızla qürrələnməyin» deyərək harınlamış məmurlarla sıravi vətəndaşların həyat tərzləri arasındakı uçurumun kəskinliyinə işarə edib.

DİA.AZ-a isə bu qəbildən maraqlı bilgilər ötürülüb. Qeyd edək ki, barələrində danışılan məmurlardan adlarını açıqlamamaq qərarını verdik. Redaksiyamıza məlumatlarını paylaşan mənbə bütün bunların olduqlarını, baş verdiyini iddia edir. Beləliklə tanış olun…

Təxminən 5 il əvvəl nüfuzlu oliqarx-məmurlarımızdan birinin maşını metronun «Gənclik» stansiyası yaxınlığında bir xanımın idarə etdiyi maşınla toqquşur. Qəza zamanı maşınlara o qədər də ziyan dəyməsə də, qəzaya düşən məmur xanım sürücüyə maşınının qiyməti qədərində pulu sürücüsü vasitəsilə elə hadisə yerindəcə verir.

Hadisə şahidlərinin sözlərinə görə, bu zaman sürücü maşınının baqajından bir diplomat çıxarır və içi dolu diplomatdan lazım olan qədər pul artıqlaması ilə götürülərək xanım sürücüyə verilir.

Bildirək ki, bu ola həmin ərəfədə dövrü mətbuatda yer almışdı və həmin məmurun səxavəti kimi təqdim olunmuşdu.

Digər bir hadisə isə başqa bir məmurumuzun başına gəlib. Mənbə dia-az.life-a ötürdüyü məlumatında bildirir ki, həmin oliqarx-məmurumuz isə ev həvəskarıdır və bəlkə də təkcə Bakı ərazisində onun 100-dən artıq mənzili, villası var.

Günlərin birində həmin məmurumuz Novxanı ərazisində dəniz mənzərəli bir ərazini bəyənir və görür ki, həmin yerdə birbaşa dənizə açılan bir villa var. Həmin məmur maşınını saxlatdırır və sürücüsünə deyir ki, bu ərazini xoşladı və ona görə də həmin dənizə açılan villanı satın almaq istəyir. Sürücüsünə deyir ki, gedib villanın sahibi ilə danışsınlar, nə qədər pul istəyirsə, versinlər.

Hansı oliqarx-məmurumuz öz villasını satın almaq fikrinə düşüb?

Sürücü də deyiləni edir. Və villanın qarşısında dayanan qorumaya yaxınlaşaraq bildirir ki, villanı almaq istəyirlər. Qoruma da öz növbəsində bildirir ki, onların bu villanı almağa gücləri yetməz. Bu zaman sürücü deyilənləri oliqarx-məmura çatdırır. Həmin oliqarx-məmur isə villanın kimə məxsus olduğunu araşdırtdırır və aydın olur ki, elə həmin villa onun özünə məxsus imiş…

DİA.AZ bildirir ki, redaksiyamıza bu qəbildən olan onlarla hadisə ilə bağlı məlumat daxil olub. Hər halda, özləri bu cür davranan oliqarx-məmurların övladlarının avtoşluq etməsi, qiyməti 100 minlərlə ölçülən maşınları risqə atmaları, gecə barlarında, restoranlarda millətin üstünə silah çəkməsi və digər harınlıqları etmələri normal bir haldır.

Geri qayıt