Əsas Səhifə > Gündəm, Manşet > Nurçuluqda ittiham olunan azərbaycanlı məmur ölkədən 120 milyon dollar çıxarıb
Nurçuluqda ittiham olunan azərbaycanlı məmur ölkədən 120 milyon dollar çıxarıb21-04-2014, 09:27 |
DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycanda nurçulara qarşı bir hərəkətlənmə var. Artıq onlara aid şirkətlər də ya əl dəyişdirir, ya da aradan çıxır. Hətta nurçu iş adamlarının Azərbaycanda qazandıqları pulları ölkəmizdən çıxarmağa hazırlaşdıqları haqda da müəyyən informasiyalar yayılmaqdadır. Bu arada belə bir informasiya da yayıldı ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə vətəndaşının çantasından və köynəyindən xeyli miqdarda pul çıxıb. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun nəzarət zonasını keçən Türkiyə Respublikasının vətəndaşı Kirazlı Amil Hasana məxsus əl çantası "Rapiscan 628" markalı X-Ray aparatından keçirilən zaman monitorda pul əskinaslarının təsvirləri görünüb. Bununla əlaqədar olaraq, həmin vətəndaşın əl yükünə gömrük baxışı, eləcə də üzərində şəxsi yoxlama aparılıb. Kirazlı Amil Hasana məxsus əl çantasına baxış zamanı çantadan gömrük nəzarətinə bəyan olunmayan 40 min 350 ABŞ dolları aşkar edilib. Onun üzərində şəxsi yoxlama aparılarkən isə əynindəki köynəyin cibindən gömrük nəzarətinə təqdim edilməyən 10 min avro aşkar olunub. İlkin araşdırma zamanı Kirazlı Amil Hasan izahatında həmin pulları Bakı şəhərində mülk almaq üçün İstanbul şəhərindən gətirdiyini, lakin işi alınmadığına görə geriyə aparmaq istədiyini və sözügedən məbləğdə nəğd pulun respublikadan kənara çıxarılmasına qanunvericiliklə yol verilmədiyini və bunu bəyan etməli olduğunu bilmədiyini qeyd edib. Lakin bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, əslində həmin pul Azərbaycanda fəaliyyət göstərən nurçu iş adamlarına məxsus olub. Və o, artıq bir neçə dəfə Türkiyədəki yaxınlarının, dostlarının əli ilə Azərbaycandakı pullarını bu üsulla çıxarmağa müvəffəq olub. Hər halda bu faktın hansı dərəcədə ciddiyə alınacağı bundan sonra baş verənlərdən aydın olacaq. Bu arada redaksiyamıza məmurlardan birinin yaxını ilginc bir xəbər verib. Bildirək ki, son günlər bəzi nurçularla yaxın olan məmurlarımızın da ölkə xaricinə yüklü miqdarda pul çıxarmaları haqda xəbərlər yayılıb. DİA.AZ-a danışan məmur yaxını bütün bu deyilənləri təsdiqləməklə yanaşı, ilginc bir faktı da açıqlayıb. Mənbənin söylədikləri: «Söhbət təxminən 120 milyon ABŞ dollarından gedir. Bu qədər vəsaitin bir hissəsi bank yolu ilə, bir hissəsi nağd şəkildə, bir hissəsi də qızıl-zinət əşyalarına çevrilərək Azərbaycandan çıxarılıb. Əməliyyat təxminən 1 ay ərzində həyata keçirilib». Mənbə iddia edir ki, həmin məmur hazırda vəzifə başında olsa da, onun görəvdən alınması ehtimalı var: «Hətta ailə üzvlərini də Azərbaycandan çıxarıb. Çünki onun həbsi məsələsi də gündəmdədir». Onu da bildirək ki, məmurun kimliyi redaksiyamıza da məlum deyil. Araşdırma aparırırq. Bizi izləyin... Geri qayıt |