Əsas Səhifə > Gündəm, Manşet > İqtidar daxilində döyüşən tərəflərə «geri çəkilin» əmri verildi - Hakimiyyətiçi savaş başa çatır?

İqtidar daxilində döyüşən tərəflərə «geri çəkilin» əmri verildi - Hakimiyyətiçi savaş başa çatır?


16-04-2014, 09:31
İqtidar daxilində döyüşən tərəflərə «geri çəkilin» əmri verildi - Hakimiyyətiçi savaş başa çatır?
DİA.AZ: - «Hakimiyyət daxilində üz-üzə gələn tərəflərin sülh bağlaması gözlənilir. Artıq tərəflərə geri çəkilmələri barədə xəbərdarlıq edilib». Bu ilginc məlumat DİA.AZ-ın elektron poçtuna daxil olub.

Xəbəri yollayan qaynaq iddia edir ki, son günlər bir-birilərinə qarşı acımasız şəkildə kampaniya aparan tərəflərə «yuxarılar» tərəfindən sərt etiraz bildirilib və prosesin durdurulması barədə göstəriş verilib:

«Təbii ki, bu gün baş verənlər daha çox hakimiyyətin ümumi maraqlarını təhdid edir. İqtidar qüvvələri siyasi rəqiblərini unudublar. Daxildə iqtisadi maraqlar, daha böyük pullar uğrunda böyük savaş gedir ki, bu da nəhayətdə hakimiyyətin özünün sütunlarını hədəfə almaqdadır».

Mənbə dia-az.life-a göndərdiyi məlumatında onu da vurğulayıb ki, gələn həftədən etibarən bu gün ölkə gündəmini məşğul edən qarşılıqlı ittihamlar kampaniyası durdurulacaq: «Əks halda, böyük dəyişikliklər baş verəcək. Çünki xəbərdarlıq birbaşa olaraq hakimiyyətin üst düzəyindən gəlib və prosesin durdurulmayacağı təqdirdə bir neçə iri ranqlı məmurla bağlı qərar veriləcək».

Geri qayıt