Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanlı jurnalist Türkiyədə özünü biabır etdi - Ərdoğan-Gülən davasına girməyin bədəli

Azərbaycanlı jurnalist Türkiyədə özünü biabır etdi - Ərdoğan-Gülən davasına girməyin bədəli


15-04-2014, 09:18
Azərbaycanlı jurnalist Türkiyədə özünü biabır etdi - Ərdoğan-Gülən davasına girməyin bədəli
DİA.AZ: - Türkiyədə hakim Ədalət və Qalxınma Partiyasına (AKP) qarşı sərt mövqeyi ilə seçilən və bu üzdən Türkiyədən qovulduğu iddia edilən Fətullah Gülən tərəfdarı olan azərbaycanlı jurnalist Mahir Zeynalov bu dəfə özünü çətin duruma salıb. Bu barədə DİA.AZ Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, qatı fətullahçı kimi tanınan «Todays Zaman»ın əməkdaşı Mahir Zeynalov bu dəfə 1 May tarixinin Türkiyədə qeyd olunmasına reaksiya verərkən özünü rəsmən «yandırıb». Belə ki, özünün Tvitter səhifəsində 1 May tarixinin türkiyəli solçular tərəfindən İstanbuldakı Taksim meydanında qeyd olunmasını təpki ilə qarşılayan Mahir Zeynalov «Hansı əsasla 1 May törənlərinin Taksimdə keçirilməsinə icazə verilməz. Dərdiniz gərginlikdirsə, bu başqa» fikirlərini yazıb.

Bu isə Mahir Zeynalovu əməlli-başlı çətin duruma salıb. DİA.AZ bildirir ki, bir tvitter dostu isə Mahir Zeynalova xitabən «abi, nə sağlam dönəksiniz, yahu» deyərək etiraz edib və onun bir əvvəlki tvitini özünə xatırladıb.

Azərbaycanlı jurnalist Türkiyədə özünü biabır etdi - Ərdoğan-Gülən davasına girməyin bədəli

Aydın olub ki, düz bir il əvvəl, yəni Ərdoğanla Fətullah Gülənin münasibətlərinin qaydasında olduğu zaman Mahir Zeynalov «Başbakan doğru deyir. 1 May törənlərini 30 il sonra qanuniləşdirən AKP iqtidarıdır. İndii «Taksim meydanı» deyə nə dirəşibsiniz?»

Onu da bildirək ki, az qala Türkiyədə persona-non-qrata statusuna gələn Mahir Zeynalovun özünü biabır etməsi tək bu fakt deyil. Belə ki, buna qədər Türkiyəni - rəsmi Ankaranı «Əl Qaidə» terror təşkilatı ilə əlbir kimi göstərməsi səbəbindən Mahir Zeynalova qarşı Türkiyə KİV-lərində Türkiyə dövləti əleyhinə çalışma, casusluq ittihamı da səslənmişdi.

Azərbaycanlı jurnalist Türkiyədə özünü biabır etdi - Ərdoğan-Gülən davasına girməyin bədəli

Xatırladaq ki, Mahir Zeynalov bir müddət əvvəl Türkiyədən deportasiya edildi. Doğrudur, bu hadisə şişirdildi və elə təqdim edildi ki, guya onun Ərdoğanın əleyhinə atdığı tvit məlum qərarda rol oynayıb. Amma aydın oldu ki, əslində Mahir Zeynalovun oturma izninin vaxtı dolub və yenisina ala bilməsi üçün onun müvafiq sənədləri mövcud deyil. Ola bilsin ki, Ərdoğan iqtidarı ilə fətullahçıların münasibətlərinin qaydasında olduğu dönəmdə kimsə Mahir Zeynalovdan sənəd istəmirdi. Və bu arxayınçılığı ağlında qaldığından o, Türkiyədən qovulmalı olmuşdu.

Geri qayıt