Əsas Səhifə > Gündəm, Manşet > Bu səfər icra hakimiyyətlərindəki nurçu korpusuna qarşı plan hazırlanır

Bu səfər icra hakimiyyətlərindəki nurçu korpusuna qarşı plan hazırlanır


11-04-2014, 09:29
Bu səfər icra hakimiyyətlərindəki nurçu korpusuna qarşı plan hazırlanır
DİA.AZ: - Ərdoğanın Bakı səfərinin ardından Azərbaycanda Fətullah Gülən camaatına yaxın dairələrin hədəfə alınacağı proqnozlaşdırılsa da, hələlik mətbuatda əks cinah tərəfindən aparılan kampaniyadan başqa elə bir samballı hadisə baş verməyib. Amma əldə etdiyimiz informasiyalardan aydın olur ki, nurçulara qarşı addımlar atılacaq, sadəcə olaraq bu prosesin sistemli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə bildirir ki, nurçular bu gün təkcə təhsil sistemində və biznesdə özlərinə qala qurmayıblar, eyni zamanda məmur korpusunda da şəbəkələşmiş haldadırlar. Qaynağın iddialarına görə, məhz bu səbəbdən nurçu məmurlarla bağlı tədbirin görülməsi yönündə tədarük dönəmi yaşanılır.

Mənbənin dia-az.life-a söylədikləri: «Nurçular bu gün Azərbaycanda bir neçə rayonun icra hakimiyyətlərinə, bələdiyyələrə qədər soxulublar. Ona görə də yaxın günlərdə məhz qeyd olunan heyətə tutarlı zərbənin vurulması planlaşdırılır».

Məlumatı verən qaynağın iddialarına görə, konkret olaraq paytaxt Bakının 4 rayonunun icra başçısı və icra hakimiyyəti işçiləri ilə bağlı müvafiq sənədlər toplanılır: «Bu sənədlərə uyğun olaraq da addımlar atılacaq. Çünki dəlil-sübut olmadan əks cinaha kimlərisə sıradan çıxarmaları üçün fürsət tanınmayacaq».

Geri qayıt