Əsas Səhifə > Gündəm, Manşet > 5 il əvvəl işdən alınan 2 polis rəisi ilə bağlı şok iddia
5 il əvvəl işdən alınan 2 polis rəisi ilə bağlı şok iddia4-04-2014, 09:24 |
2008-ci ilin dekabr ayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 231 kiloqrama yaxın narkotik vasitənin aşkar olunması hələ də yaddaşlardan silinməyib. Keçirilən əməliyyat nəticəsində İran vətəndaşı Mikayıl Aslani, Azərbaycan vətəndaşları: Etibar Mehrəliyev, Etibar Əliyev, Zamin Səmədov, Natiq Balayev, Tərlan Muradov, Rza Əhmədov və başqaları mütəşəkkil dəstə təşkil edərək, külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətində gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirərək, satış məqsədilə İrandan Azərbaycana gətirmişdilər. Müəyyən edilmişdi ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın həşişi 2008-ci il dekabrın 23-də Qızılağac Dövlət Qoruğu ərazisində yerləşən Kurkamen adasında Neftçala rayon sakini Etibar Mehrəliyev onlardan qəbul etmiş və həmin narkotiki öz qayığı ilə aparıb Neftçala rayonu ərazisində, dəniz sahilində gizlətmiş və sonradan adı çəkilən şəxslər MTN əməkdaşlaı tərəfindən həbs olunmuşlar. infom.az-ın əməkadaşına verilən məlumata əsasən həmin vaxt İrandan Azərbaycana gətirilən narkotik vasitələrin ən təhlükəsiz yolu dəniz vasitəsi ilə Neftçala rayonunda qəbulu olub və Salyan rayonundan keçirilmək şərti ilə müxtəlif bölgələrə paylanırmış. Sizan məlumatlar arasında o da bildirilir ki, dövriyyəyə buraxılan malın həcmi böyük olduğundan, qeyd olunan marşrutların təhlükəsizliyinə konkret cavabdeh şəxslər də olub. Məlumatda qeyd olunur ki, narkotik məhsulun digər rayonlara təhlükəsiz ötürülməsini öz üzərinə goürən şəxslərə külli miqdarda pul verilirmiş . Lakin bu haqq müqabilində heç bir iş gorülmədiyindən kriminal qrup tutulmalarına səbəb kimi də bu şəxslərdən şübhələnirdi. Elə bunun nəticəsi olaraq 6 ildən sonra bu məsələni araşdırmaq məqsədilə müəyyən “sxodka”lar olub. Məlumat üçün bildiririk ki, həmin vax Neftçala rayon polis şöbəsinin rəisi, “Karol” ləqəbli Mübariz Hümmətov, Salyan polisinin isə başında “Akula” ləqəbli Hamlet Salahov olub . Belə xoşagəlməz hallar respublika səviyəsində müzakirə pedmeti olduğu üçün 2009-cu ildə həmin polis rəisləri postu təhvil verməli oldu. İnsafən qeyd edək ki, yeni təyinat alan polis rəisləri: Rza Haciyev və Fuad Məmmədli müvafiq olaraq Neftçala və Salyan rayonlarında ilk öncə elə polisin özündə təmizləmə işləri aparmaqla çirkli biznesin dayaqlarını sarsıtdılar. Geri qayıt |