Əsas Səhifə > Gündəm, Manşet > Ağcabədinin icra başçısı nədən 6 köçkün ailəsini ölümün pəncəsinə atır?

Ağcabədinin icra başçısı nədən 6 köçkün ailəsini ölümün pəncəsinə atır?


31-03-2014, 08:02
Ağcabədinin icra başçısı nədən 6 köçkün ailəsini ölümün pəncəsinə atır?
DİA.AZ: - Redaksiyamıza Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdan narazılıq edən 6 məcburi köçkün ailəsinin şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanlanan məktubda deyilir:

“Biz məcburi köçkünlər Ağcabədi Rayon İH-nin Başçısı Ş.Məmmədovun və onun birinci müavini Rövşən Ağanın əlində girova çevrilmişik. Belə ki, biz 6 köçkün ailəsi 1993-cü ildən Ağcabədi şəhər 4 saylı uşaq bağçasında sığınacaq tapmışıq. Bu illər ərzində bu yararsız binanı öz hesabımıza təmir etdirib daldalanmışıq. Ağcabədi rayonunda sığınacaq tapmış köçkünlərə tikilmiş beşmərtəbəli binalar 2012-ci ildə paylanarkən biz məcburi köçkünlərin evlə təmin olunmaqımızı dəfələrlə xahiş etsək də, nədənsə evlə təmin olunmadıq. Halbuki cənab prezidentimizin tapşırığına əsasən ilk növbədə təlim və tədris müəssisələrində sığınacaq tapmış köçkün ailələri evlə təmin olunmalıydı.

Ağcabədi RİH-nin Başçısı Ş.Məmmədov və Birinci müavini Rövşən Ağa bu gün sığınacaq tapdığımız baxçanı hərraca çıxarmaq məqsədiylə biz 6 ailəni ölümün pəncəsinə atmaqdan çəkinmirlər. Şəxsi maaqlarını dövlət maraqlarından üstün tutan, savadsızlıqından ölkə prezidentinin sərəncam və tapşırıqlarına məhəl qoymayan, əsl bacarıqı bazar alverçisi olan Rövşən Ağa hər daşından divarından infeksiya püsgürən, hətda həbsxana mühitindən dəhşətli olan və sürgün katorqalarını xatırlayan köhnə sarılıq xəstəxanasına bizləri köçürmək istəyir. Görəsən, neçə-neçə villaların sahibi olan Ş.Məmmədov və onun birinci müavini Rövşən Ağa bu binada bircə gün yaşayarmı? Doğrudanmı, bu insanlara “dur” demək mümkün deyilmi?

1992-ci ildə bizi doğma torpaqlarımızdan di dərgin salmış mənfur ermənilərlə biz 6 ailəni infeksiyanın girdabına atmaq istəyən məmurlarla bir fərqi varmı?

Hörmətli Agentlik haqq səsimizi Azərbaycan Respublikasının möhtərəm prezidenti İ.Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci xanım MM-nin deputatı Mehriban xanıma, Baş nazirin müavini Ə.Həsənova və digər aidiyyatı qrumların rəhbərlərinə çatdırın. Əgər Rövşən Ağanın qarşısı alınmazsa nəinki bizləri infeksiyanın girdabına atar, lap Kür çayınada tökə bilər.

1. Əmirov Rövşən Allahverən oğlu
2. Əmirov Elburus Allahverən oğlu
3. Əmirov Roman Allahverən oğlu
4. Əmirov Allahverən Əmirxan oğlu
5. Ağayev Kamil Əvəz oğlu
6. Ağayeva Leyla Kamil qızı”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt