Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır - Artıq rəsmi Bakı ilk addımını atdı
Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır - Artıq rəsmi Bakı ilk addımını atdı22-03-2014, 10:55 |
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda cəza çəkən 11 İran vətəndaşı bu ölkəyə təhvil verilib. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, proses İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Məhbuslar dünən Azərbaycan-İran sərhədində İran tərəfinə təhvil verilib. Onu da bildirək ki, hazırda Azərbaycan həbsxanalarında təqribən 210 İran vətəndaşı saxlanılır. Onların çoxu narkotiklərin satışı və daşımasına görə həbs olunub. Hər halda, bu günə qədər rəsmi Tehran Azərbaycandan məhz həmin vətəndaşlarının azadlığını tələb etməyib. Rəsmi Bakı qarşısında yalnız casusluqda ittiham olunan İran vətəndaşlarının davası döyülüb ki, son olaraq da azadlığa buraxılanı - daha dəqiqi, İran tərəfinə təhvil veriləni məhz həmin CASUSLUQDA ittiham olunanlardır. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, əgər məsələ həqiqətən də İranın Azərbaycandakı səfirinin təsvir etdiyi kimidirsə və Azərbaycan tərəfi aradakı müqaviləyə əsasən məhbusları öz ölkələrinə - İrana təhvil vrirsə, o zaman digər məhbusların - illərdir həbsxana həyatı yaşayan məhbusların barəsində nədən anoloji addım atılmır? Mənbənin söylədikləri: «Təbii ki, İran tərəfinə təhvil verilən həmin məhbuslar həqiqətən də fars-molla rejiminin xüsusi xidmət orqanlarının əməkdaşları olub. Sadəcə olaraq Azərbaycan İrana bu şəkildə jest etdi. Çünki İrana prezident İlham Əliyevin səfəri gözlənilir və bu səfər ərəfəsində rəsmi Bakı fars-molla rejiminə xoşniyyətli olduğunu nümayiş etdirdi». Mənbəmiz onu da bildirdi ki, bu məhbuslarla yanaşı, İran Azərbaycanda həbsdə saxlanılan bəzi dindar məhbusların da azadlığını istəmişdi. Amma görünəni odur ki, Azərbaycan tərəfi yalnız casusluqda ittiham olunan İran vətəndaşlarını azadlığa buraxmaqla yetinib. Geri qayıt |