Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət parlament seçkilərinə bətnindəki gərginliklə getmək istəmir
Hakimiyyət parlament seçkilərinə bətnindəki gərginliklə getmək istəmir19-03-2014, 10:11 |
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, hakimiyyət böyük dəyişikliklər tədarükündədir və baş verəcək kadr islahatları iqtidar daxilində təkcə kimlərinsə vəzifələrindən alınması anlamına gəlməyəcək, həm də dəngələrin dəyişdiyini nümayiş etdirəcək. Artıq bunun ilkin simptomları görünməkdədir və proses bundan sonra da davam edəcək. Amma ortada müəyyən fərqliliklər var. Bunu isə DİA.AZ-a hökumətdəki bilgili qaynaqlar söyləyir. Xəbəri verən mənbə iddia edir ki, bu gün iqtidar düşərgəsində konkret qütbləşmə var və hər iki cinah bir-birinə sarsıdıcı zərbələr endirməyə çalışır: «Burada maraqlıdır ki, mətbuatdan bir silah kimi istifadə olunur. Mətbuat bu günə qədər etmədiyi bir funksiyanın icrası ilə məşğuldur. Şəbəkələşmə getdiyindən iqtidar daxilində baş verən olaylar anındaca mətbuata sirayət edir və tərəflər öz rəqiblərini sıradan çıxara bilmələri üçün ilk olaraq hədəflərini mətbuatda çeynədib, haldan salırlar. Yekunda isə həlleidici zərbələrini vururlar». Məlumatlı mənbə dia-az.life-a açıqlamasında bildirir ki, vəziyyət daha da kritikləşə bilər: «Çünki proses hələ başa çatmayıb. Və tərəflərin hansısa birinin əlahiddə üstünlüyü mövcud deyil. Yaxşı bilirsiniz ki, mətbuata ani müdaxilə bu günkü atmosferi kökündən dəyişə bilər. Ona görə də hələ qəti qərarın verildiyi düşünülməməlidir». Mənbə bildirir ki, tərəflərarası mübarizənin may ayına qədər həlleidici məcraya yön alacağı gözlənilir: «Çünki bu tarixə qədər fundamental dəyişikliklər baş verə bilər. Belə bir ehtimallar var. Hakimiyyət bətnindəki gərginliyi parlament seçkilərinə qədər daşımağı düşünmür. Bu şəkildə seçkilərə gedilirsə, iqtidarın bir yox, bir neçə deputat siyahısı ortaya çıxa bilər. Ona görə də tərəflərdən hansısa birinin qəti qələbəsi zəruridir». Geri qayıt |