Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət daxilində ilginc olaylar: Generallar niyə istefaya göndərildi?
Hakimiyyət daxilində ilginc olaylar: Generallar niyə istefaya göndərildi?12-03-2014, 08:24 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən Müdafiə Naziri Zakir Həsənov çox mühüm bir qərarı ilə diqqətə gəldi. Belə ki, Azərbaycan Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Məlumata görə, müdafiə naziri Zakir Həsənov bu barədə əmr imzalayıb. Nazirin əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi). Qeyd edək ki, adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub. Hər halda, bu addımı ilə Zakir Həsənov adları çəkilən generallarla bağlı qəti qərarın verildiyini nümayiş etdirmiş oldu. Halbuki onlardan bəzilərinin, məsələn, Səfər Əbiyevin yenidən vəzifəyə gətirələcəyini iddia edənlər var idi. Lakin biz DİA.AZ olaraq bir neçə gün əvvəl Səfər Əbiyevə qarşı çox ciddi faktların toplanması barədə xəbəri diqqətə çatdırdıq və indi də aydın olur ki, keçmiş müdafiə nazirinin nəinki yeni vəzifəyə ümid etməsi gözlənilən deyil, hətta onun barəsində hüquqi tədbirlərin görülməsi də mümkündür. DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə son günlər hakimiyyət daxilində cərəyan edən bir sıra olaylara da diqqəti çəkdi. Mənbə iddia edir ki, dünən həmçinin iqtisad universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin də vəzifəyə gətiriləcəiy, onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifə tutacağı haqda olan iddialar da boşundandır. Mənbənin söylədikləri: «Doğrudur, zamanında RYTN şefi Əli Abbasovla Şəmsəddin Hacıyevin dostluq münasibətləri olub. Lakin sonradan Şəmsəddin Hacıyev bir növ Əli Abbasovdan imtina etdi. Digər tərəfdən isə ümumiyyətlə, Şəmsəddin Hacıyevin yenidən vəzifəyə gətirilməsi mümkün deyil. Çünki onun təmsil olunduğu cinahın görəvləndirilməsi yox, görəvdən alınması prosesinə start verilib». Geri qayıt |