Əsas Səhifə > Gündəm, Manşet > Fətullah Gülənə Azərbaycandan göndərilən “XəzərTV” ilə bağlı ilginc sənəd – Nurçular hələ də hanalın sahibləridir
Fətullah Gülənə Azərbaycandan göndərilən “XəzərTV” ilə bağlı ilginc sənəd – Nurçular hələ də hanalın sahibləridir10-03-2014, 10:46 |
DİA.AZ: - Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyətdə olan “XəzərTV”nin nə nurçulara və nə də ki Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova aidiyyatının olmadığını iddia edən bir açıqlama yayıldı. Həmin açıqlamanı təkrar olkaraq diqətinizə təqdim edirik: “Son günlər bəzi mətbuat orqanlarında “Xəzər” TV-nin “nurçu şəbəkəsi”nə aid olması ilə bağlı yayılan xəbərlərə televizyanın təsisçisi Asəf Hacıyev reaksiya verib. “Xəzər” TV 2007-ci ilin oktyabrında, radionun isə 2008-ci ilin may ayında yarandığını bildirən Asəf Hacıyev istər televiziya, istərsə də radionun təsisçilik hüququ yalnız ona məxsus olduğunu bildirib. A.Hacıyev qeyd edib ki, televiziya yaranan zaman “Samanyolu” TV-nin Azərbaycan nümayəndəliyinin texniki avadanlıqlarını dəyəri ödənilməklə alıblar: “İşçilərin peşəkarlığını nəzərə alıb əmək müqaviləsi əsasında onların bəzilərini “Xəzər” TV-də və eyni adlı radioda işə götürdük. Hamı kimi onlar da əmək müqaviləsi ilə çalışır və əmək haqqı alırlar.” A.Hacıyev əlavə edib ki, yarandığı gündən bu vaxtadək TV-yə və radioya kadrların yerləşdirilməsindən tutmuş, proqram və verilişlərin yayımına qədər şəxsən özü nəzarət edir”. Bunlar təbii ki, qarşı tərəf olaraq Asəf Hacıyevin reaksiyası kimi qiymətləndirildi. Amma əsl həqiqət tamam fərqlidir və redaksiyamıza nurçulara aid qaynaqlar Asəf Hacıyevin dediklərinin tam əksini sübutlayan bir elektron məktubun surətini yollayıblar. Azərbaycandan Fətullah Gülənə “Xəzər tv”nin təsisi üçün göndərilən gizli email yazışması nurçuların “Xəzər tv”dəki hökmranlığının saxlanıldığını təsdiqləyir. Gözə kül üfürmək üçün Əli Həsənovun adamı Asəf Hacıyevi təsisçi olaraq sənədlərdə nə üçün göstərildi? Naci Tosun kimdir? Hər halda DİA.AZ-a daxil olan bu elektron məktub bir mox mətləbləri açığa çıxarır: Geri qayıt |