Əsas Səhifə > Gündəm, Manşet > Nurçuların Bakıdakı əsas dayağının - Qafqaz Universitetinin fəaliyyətinə qadağa qoyulur

Nurçuların Bakıdakı əsas dayağının - Qafqaz Universitetinin fəaliyyətinə qadağa qoyulur


3-03-2014, 10:14
Nurçuların Bakıdakı əsas dayağının - Qafqaz Universitetinin fəaliyyətinə qadağa qoyulur
DİA.AZ: - Son günlər nurçu mövzusu kifayət qədər populyarlaşıb. Belə ki, bir sıra nüfuzlu dövlət adamları, millət vəkilləri qeyd olunan təriqətin mənsubu kimi təqdim olunurlar. Təbii ki, burada qəbahət yoxdur. Yəni hər kəs inanc seçimində sərbəstdir. Amma gələn ittihamlar arasında təkcə dini mənsubiyyət məsələsi yox, həm də nazirlərin, məmurların və deputatların nurçulardan ayrı-ayrı vaxtlarda maliyyə yardımı aldıqları, faydalandıqları iddia olunur.

Deyəsən, bu ittihamların əksinin sübutu üçün rəsmilər hərəkətə keçmək zorunda qalıblar. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan informasiya verilib.

Xəbəri verən mənbə iddia edir ki, Azərbaycanda nurçuların fəaliyyəti əngəllənə bilər. Qeyd edək ki, nurçular əsasən iki sektorda - təhsil və iaşə sektorunda güclüdürlər. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən nurçuların ilk olaraq gəlir qaynaqları, ardından da təhsil sektorundakı fəaliyyətləri ilə bağlı sərt addımlar atılacaq.

Mənbənin söylədikləri: «Bu əsnada onlarla təhsil müəssisəsinin, habelə nurçuların əsas yuvalarından biri kimi tanınan Qafqaz Universitetinin bağlanması gözləniləndir. Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Qafqaz Universitetinin sponsoruna çevrilib. Çünki zamanında nurçu cameəsindən ciddi dəstək alıb. İndi isə ARDNŞ-dən gələn qeyri-leqal gəlirlərinin müəyyən qismini məhz nurçuların təhsildəki fəaliyyətləri üçün ayırır».

Mənbəmiz iddia edir ki, növbəti dərs ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Qafqaz Universitetinə yer ayırmaya bilər: «Hələlik bu barədə təhsil nazirliyi ilə də məsləhətləşmələr aparılır».

Geri qayıt