Əsas Səhifə > Gündəm, Manşet > "Baku Steel Company" necə çökdürüldü? - Gəlilrli metal biznesi əl dəyişdirir
"Baku Steel Company" necə çökdürüldü? - Gəlilrli metal biznesi əl dəyişdirir1-03-2014, 11:01 |
DİA.AZ: - Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Samir Dönməz oğlu Cəfərov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri təyin edildikdən sonra keçmiş SSRİ-nin metallurgiya nəhənglərindən olan vaxtilə 12 min nəfər işçisi olan Sumqayıt şəhərində yerləşən "AzərBoru" ASC-nin dövlətə qaytarılması üzrə işlər aparılmağa başlanılmışdır. 2013-ci ilin 23 aprel tarixli sərəncamla "Azərbaycan Polad istehsalı Kompleksi" QSC yaradılmışdır. O vaxtı mətbuat QSC-nin sədri postuna hakimiyyətin rəhbərlərindən birinin metal biznesinə rəhbərlik edən Baki Steel Company MMC-nin prezidenti Rasim Məmmədovun təyin olunacağı bildirilirdi. Qeyd edirik ki Baku Stell Company ofşor zonada Men adaları Britaniya 2011-c i ildə qeydə alınmışdır. 2013-ci ildə baku Stell Company MMC Azərboru ASC-nin səhmlərinin 97.39 faizinə Dövlət əmlak Komitəsinin keçirdiyi investisiya müsahibəsi yolu ilə sahib çıxmışdır. Eyni zamanda baku Stell Company MMc-nin metal biznesinə Zülfiqarov qardaşlarının Binəqədi metaləritmə zavodu, Suraxanıdakı metaləritmə zavodu və s aiddir. 2013-ci ilin aprel ayının 9-da Baku Stell Company MMC AzərBoru ASC-nin yenidənqurulması və Hövsanda yeni metallurgiya zavodunun tikintisi üzrə Fransanın "AİR LİQUİDE" və ABŞ-ın "Midrex" firmaları ilə saziş imzalamışdır. Layihələr üzrə investisiya məbləği 1 milyard 400 milyon avro nəzərdə tutulmuşdu. Lakin gözlənilmədən QSC-nin sədri vəzifəsinə Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərovun təyin edilməsi metal biznesi xozeyinlərinin hakimiyyətdə mövqeyinin əsaslı zəifləməsin i göstərir və metal biznesinin onların inhisarından çıxmasının təməli başlayır. AzərBoru ASC səhmlərinin 97,39 faizinin sahibi olan Baku stell Company investisiya müsabiqəsi şərtlərinə əsasən 100 milyon manat vəsait qoymalı olduğu halda bu günədək zavodda bir daşı daş üstə qoymamışlar. Onlarda yəqin Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədrinin təyinat sərəncamını gözləyirmişlər. DİA.AZ-a hakimiyyətdən sızan informasiyalara əsasən investisiya müsabiqəsi şərtləri yerinə yetirilmədiyi adı ilə "Baku Stell Company" MMC ilə bağlanmış müqavilə ləgv ediləcək və Azərboru ASC Azərbayan Polad istehsalı kompleksinin tərkibinə daxil ediləcəkdir. Bu azərbaycan metallurqlarının böyük sevincinə səbəb olacaqdır. Bununla da yəqin ki yaxın vaxtlarda Binəqədi metaləritmə zavodu,Suraxanı metaləritmə zavodları da müxtəlif adlarla bu kompleksə qatılacaqdır və dövlətə qaytarılacaqdır. Geri qayıt |