Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycandakı etiraz aksiyaları təsadüfi deyilmiş - Amerikanın gizli Bakı planı

Azərbaycandakı etiraz aksiyaları təsadüfi deyilmiş - Amerikanın gizli Bakı planı


24-02-2014, 10:29
Azərbaycandakı etiraz aksiyaları təsadüfi deyilmiş - Amerikanın gizli Bakı planı
DİA.AZ: - Son günlər rəsmi Bakının Qərblə, konkret olaraq isə ABŞ-la münasibətləri daha da gərilmiş kimi görünür. Hər halda, mətbuatda ABŞ-ın emissarlarına «casus siyahısı»nın ötürülməsi ilə bağlı yayılan məlumatlar və bu məlumatlar əsasında baş prokurorluğun hüquqi aradşırmalara başlaması, eyni zamanda ABŞ-ın Bakıdakı səfirliyinin olaya verdiyi sərt reaksiya tərəflər arasındakı gərginliyin görünənidir. Amma vəziyyəd daha da şiddətli ampluada cərəyan etməkdədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir.

Diplomatik qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Qərb neçə müddətdir ki, rəsmi Bakı ilə yollarının ayrılmasının fərqindədir: «Sadəcə olaraq mühüm enerji layihələri aradakı gərginliyin afişə edilməsini əngəlləyir. Amma situasiya çox qəlizdir. Artıq tərəflər aradakı ədavətin mahiyyətini tam olaraq qəbul edirlər. İş o həddə çatıb ki, rəsmi Bakı əlindəki dəlillər üzərə reaksiyalar vermək zorunda qalıb. Hər halda, «casus siyahısı» ilə bağlı hüquqi araşdırmaların başlanılması hansısa bir jurnalistin «zərərsizləşdirilməsi» üçün düşünülmüş plan deyil.

Heç bir halda, ABŞ-la münasibətləri pozma təhlükəsinə malik situasiya üzərində daxildəki siyasi rəqabət mühiti ilə bağlı tədbirlərə əl atılmır. Əgər vəziyyət bu nöqtədərisə, demək, münasibətlər yetərincə pozulub. Buna qədər Azərbaycan tərəfindən yalnız İrana qarşı bu kimi ittihamlar səsləndirilmişdi. İndi isə Amerika bir dövlət olaraq Azərbaycanda kəşfiyyat aparmaqda ittiham olunur».

Mənbəmiz iddia edir ki, neçə müddətdir Amerikanın ayrı-ayrı təşkilatları, habelə ABŞ-a yandaşlıq edən Qərbə aid müxtəlif institutlar Azərbaycanda konkret olaraq fəaliyyət göstərirlər: «Bu fəaliyyət vətəndaş cəmiyyətinin aktivləşdirilməsinə hesablanıb. Əllərində real nəticələr var. Müxtəlif istiqamətlərdə baş qaldıran vətəndaş narazılıqları əslində Qərbin layihələri kimi də anlaşılmalıdır. Çünki cəmiyyət anoloji problemləri dünən fərqli formada qarşılayırdısa, dünənki ilə müqayisədə daha zəif təsirli olaylara daha sərt reaksiya verir ki, bu da ortada maraqlı dairələrin katalizator rolunu oynamasından xəbər verməkdədir».

Mənbəmiz bildirir ki, artıq rəsmi Bakı Qərbin Azərbaycanda üsyan və qiyamlarla müşaiyət olunacaq inqilab ssenarisindən xəbərdar olduğunu da bildirdi: «Bu hadisənin konkret zamanı yoxdur. Amma hədəfləyiblər. Elə buna görə də rəsmi Bakı Qərbə qarşı daha da aqressiv addımlar ata bilər. Hətta bu zaman Qərbin Bakıdakı dayaqları da zərər görəcək. Məsələn, İranın İmam Xomeyni adına İmdad Komitəsi kimi ABŞ-ın da hansısa təşkilatının Azərbaycanda fəaliyyəti əngəllənə bilər».

Mənbəmizə görə, gərginlik özünü yaxın günlərdə bir fərqli formada da nəzərə çarpdıracaq: «Vəziyyət dəyişəcək. Kimin xeyrinə? Bunu hadisələrin inkişaf axarı göstərəcək».

Geri qayıt