Əsas Səhifə > Gündəm, Manşet > BDU-dakı aksiya ilə bağlı şok iddialar - İşin arxasında Mikayıl Cabbarov var imiş
BDU-dakı aksiya ilə bağlı şok iddialar - İşin arxasında Mikayıl Cabbarov var imiş22-02-2014, 11:31 |
DİA.AZ: - Neçə gündür ki, Bakı Dövlət Universitetində bir gərginlik yaşanmaqdadır. Dünən isə bu gərginlik pik həddə çatdı. Belə ki, bir gün öncə etiraz edən tələbələri bu dəfə BDU-nun zalında qəbul edən rektor Abel Məhərrəmovla tələbələr arasında insident də yaşandı. DİA.AZ bildirir ki, BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva tələbələrin kütləvi şəkildə imtahandan kəsilməsindən və ondan müəllimlərin imtahan müqabilində 70 manat rüşvət tələb etməsindən şikayət etdi. Burada maraqlı olanı isə rektorun reaksiyası idi. Və rektor Ramilə Kiçiyevanı öyrədilmiş bir şəxs kimi qələmə verdi və onun 3 dəfə BDU-dan qovulduğunu, şəhid övladı olması səbəbindən hər dəfəsində bərpa olunduğunu da xatırlatdı. Təbii ki, burada Abel Məhərrəmovun da ifadə seçimlərində yanlışlıqları var idi. Amma daha çox diqqətə gələni Ramilə Kiçiyevanın ünvanına söylənilən «SƏNİ ÖYRƏDİBLƏR» ittihamı idi. Bununla bağlı da DİA.AZ-a çox maraqlı məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, əslində BDU-da baş verənlərin konkret təşkilatçıları olub. Doğrudur BDU rəhbərliyinin mövqeyini ifadə edən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bəyan etdi ki, bu işdə müxalifət təşkilatçıdır, hətta konkret ünvan da göstərərək «Nida» Gənclər Hərəkatının adını da çəkdi. Amma redaksiyamıza məlumatı verən mənbə bildirir ki, əsl həqiqətlər tamam fərqlidir. Mənbənin söylədikləri: «Bu işdə birbaşa olaraq Təhsil Nazirliyi maraqlı tərəfdir. Bunun yetərincə dəlilləri var. Elə Ramilə Kiçiyevanın özü də dəfələrlə nazirlikdə qəbullarda olduğunu etiraf edir. Təbii ki, o peşəkar birisi deyil. Amma təşkilatçılar nazirlikdə oturub və hədəfdə olan da Abel Məhərrəmovdur. Bu yolla BDU rektorunu yola salmağı düşünürlər. Çünki Abel Məhərrəmov zamanında təhsil naziri postuna ən şanslı namizəd idi və bu gün də gənc nazir Mikayıl Cabbarov üçün kifayət qədər ciddi və təhlükəli rəqib hesab olunur». Mənbəmiz xatırladır ki, həmin hadisələrdən bir gün əvvəl nazirlik belə bir açıqlama da yaydı ki, imtahan kəsirlərinə görə heç bir tələbə ali məktəbdən qovula bilməz: «Əslində burada təsadüfi heç nə yox idi. Yəni nazirlik BDU rəhbərliyinin tələbələrə qarşı yeganə silahını da əlindən almış oldu və tələbələrə ruh verdi ki, narahat olmayın, istədiklərini edin. Halbuki tələbələrin narazılığa səbəb olan məqamlar sırf olaraq Nazirlər Kabinetinin tətbiq etməyə hazırlaşdığı yeni uyğulamalar idi. Yəni burada Abel Məhərrəmovun deyil, baş nazir Artur Rəsizadənin hədəf kimi seçilməsi doğru idi. Sadəcə olaraq, bir müddət əvvəl Pedoqoji Universitetdə sınaqdan çıxarılan metoddan yararlanan təhsil nazirliyinin yeni elitası bu dəfə eyni silahla Abel Məhərrəmovun mövqelərini sarsıdmağı düşündülər və buna yetərincə nail olmuş kimidirlər». Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |