Əsas Səhifə > Gündəm, Manşet > Ərdoğanın adamları Bakıya gizli sənədlər göndərəcək - Nazirlərimiz hədəfdədir
Ərdoğanın adamları Bakıya gizli sənədlər göndərəcək - Nazirlərimiz hədəfdədir20-02-2014, 09:35 |
DİA.AZ: - Azərbaycanda nur camaatının hakimiyyətin içlərinə doğru yeriməsilə bağlı ard-arda məlumatlar dövriyyəyə buraxılmaqdadır. Hər halda, dünənə qədər bu faktların ictimaiyyətdən gizli tutulduğu təqdirdə, hər şeyin indilərdə açıqlanması təsadüfi hesab oluna bilməz. DİA.AZ bildirir ki, artıq Müdafiə Naziri Zakir Həsənovun hələ Daxili Qoşunların komandanı olarkən nurçularla, hətta «baş nurçu» Fətullah Gülənlə sıcaq əlaqələrinin olduğu haqda iddialar və dəlillər ortaya atılıb. Doğrudur, Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib edərək, təxribat olduğunu bildirib. Amma ortada yetərincə sübutlar var ki, onların inkarı nəyisə dəyişmir. Tək bu deyil. Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də nur camaatı ilə yaxın münasibətlərdə olduğu faktı mövcuddur. Və bu gün ARDNŞ-in nurçuların Azərbaycandakı «kadr hazırlama məntəqəsi» kimi tanınan Qafqaz universitetini himayə yetməsi də Rövnəq Abdullayevin bu camaatla məhrəm münasibətlərinin dəlili kimi qəbul edilməkdədir. Sıraları olduqca genişdir, ayrı-ayrı nazirliklərimiz və dövlət qurumlarımız bu gün nur camaatı ilə az qala «qolboyun olacaq həddə» yaxındır və bu barədə davamlı şəkildə mətbuat bilgiləndirilir. Ən maraqlı olanı isə «məlumat axınının» məhz indilərə təsadüf etməsi faktıdır. Və bir daha vurğulayırıq ki, burada hansısa tasədüfdən söhbət belə gedə bilməz. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində zaman olaraq indiki məqamın seçilməsində Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin nurçu və vəhabiləri topa tutması faktı əsas səbəb kimi çıxış etmir: «İddi edirlər ki, guya Şeyx nurçuları «vurduğundan» onlar da əks hücuma keçiblər və münasibətdə olduqları məmurların adlarını bir-bir açıqlayaraq, şantaj yolu seçiblər. Amma bu, yanlış qənaətdir. Əslində əsas hadisələr qardaş Türkiyədə baş verir və bu gün Azərbaycanda nur camaatı şəbəkəsinin və bu şəbəkənin hakimiyyətdəki təzahürlərinin ifşasında əsas maraqlı olan tərəf varsa, o da Türkiyənin baş naziri Ərdoğan və onun komandasıdır». Mənbəmiz iddia edir ki, Türkiyənin baş naziri Fətullah Gülən camaatı ilə toqquşmasının ardından bu şəbəkəyə qarşı təkcə Türkiyə daxilində deyil, az qala bütün dünya miqyasında hücuma keçib: «Bu gün nur camaatına yaxın olan Azərbaycan məmurları ilə bağlı faktlar da məhz Türkiyədən Azərbaycana ötürülür və ictimailəşdirilir. Hətta ortaya ciddi dəlillər də çıxarılacaq ki, bu da məmurlarımızın nurçularla ortaq layihələr nəticəsində külli miqdarda gəlir əldə etmələrini təsdiqləyir». Mənbəmiz onu da əlavə etdi ki, artıq nur camaatının Azərbaycandakı qollarının ifşası prosesinə start verilməsi həmin cameə ilə münasibətdə olan azərbaycanlı məmur korpusunu tədarük görməyə də vadar edib: «Hətta bu gün mətbuatda buk imi məlumatların yer almasına qarşı da müxtəlif üsullarla maneçiliklər törətməyə başlayıblar». Mövzu diqqətimizdədir… Geri qayıt |