Əsas Səhifə > Gündəm, Manşet > Vəhabilər “Sovetski” üsyanının bədəlini Şeyxə ödətdirməyə çalışır

Vəhabilər “Sovetski” üsyanının bədəlini Şeyxə ödətdirməyə çalışır


17-02-2014, 08:43
Vəhabilər “Sovetski” üsyanının bədəlini Şeyxə ödətdirməyə çalışır
DİA.AZ: - Məlum olduğu kimi, dünən keçmiş “Sovetski” küçəsinin sakinləri böyük bir etiraz aksiyası düzənlədilər. Evlərinin sökülməsi qarşılığında təklif olunan kompensasiyanın miqdarına etiraz edən narazı vətəndaşların etirazı şübhəsiz ki, böyük rezonans doğurub. Elə aksiyaya qatılan Yasamal rayon icra hakimiyyətinin işçilərinin “vətəndaşın razılığı olmadan kimsənin evi sökülməyəcək” vədini verməsi də aksiyanın yaratdığı ajiotajın rəsmi dairələri də narahat etməsini sübutlamaqdadır.

Qeyd edək ki, Yasamal icra hakimiyyəti başçısının müavini Səməd İslamovun şərtlərini qəbul etməyən sakinlərin adından məhəllənin ağsaqqalı mövqe bildirib. Əvəzində sakinlərin problemini diqqətə çatdıracaq 10 nəfərlik komissiyasının yaradılması qərarı verilib. Eyni zamanda icra hakimiyyəti nümayəndələri sakinlərdən bir həftə möhlət istəyib.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu bir həftə ərzində onların tələbi nəzərə alınmazsa, sakinlər gələn həftə daha bir etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.

Onu da bildirək ki, «Sovetski» sakinlərinin bu aksiyasını siyasiləşdirməyə çalışanlar da oldu. Elə bunu bildiklərindən idi ki, narazı vətəndaşlar aksiyaya prezident İlham Əliyevin və mərhum prezident Heydər Əliyevin şəkilləri ilə çıxmışdılar. Eyni zamanda dəfələrlə qeyd edirdilər ki, onlar prezidentdən yox, prezidentin qərarlarını düzgün icra etməyən məmurlardan şikayətçidirlər.

Amma buna baxmayaraq, bəzi dairələr «Sovetski»də cərəyan edən olayları siyasiləşdirməyə cəhddə bulunublar. Bu işdə isə daha çox fəallıq edəni bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə tərəfindən topa tutulan vəhabilərdir.

Belə ki, dünənə qədər Şeyxə qarşı kompromatları mediaya yollayan vəhabilərə aid qaynaqlar indii də «Sovetski»dəki aksiyalarda gah iranmeyilli dindarları, gah da Şeyxi maraqlı tərəf kimi təqdim etməyə başlayıblar.

Geri qayıt