Əsas Səhifə > Gündəm, Manşet > Səlim Müslümov «yuxarılardan» daha bir tənbeh alıb

Səlim Müslümov «yuxarılardan» daha bir tənbeh alıb


13-02-2014, 12:17
Səlim Müslümov «yuxarılardan» daha bir tənbeh alıb
DİA.AZ: - Əmək və Əhalinin sosial müdafiəsi naziri postuna təyin edildikdən sonra Səlim Müslümov bir sıra yeniliklər etməyə çalışırmış kimi davrandı. Yəni belə bir təəssürat yaratdı ki, Fizuli Ələkbərov əslində yaxşı işləməyib və o, millətin xidmətindədir.

Təbii ki, kimsə inanmadı. Çünki Səlim Müslümov nazir postuna təyin olunana qədər onun cəmiyyət arasındakı reputasiyası keçmiş nazir Fizuli Ələkbərovun reputasiyası ilə müqayisə olunmaz dərəcədə aşağı idi. Hər halda, sorcu keçirilsəydi, əksəriyyət bu qənaəti ortaya qoyardı.

Və Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyindən transfer olunan yeni nazirin əsl kimliyinin bəlliləşməsi özünü çox gözlətmədi. Qısa müddət içində Səlim Müslümov DSMF-dəki iş üsulunu ƏƏSMN-nə gətirdiyini nümayiş etdirdi. DSMF-də isə ondan xatirə olaraq qalaq-qalaq şikayətlərdən başqa nə isə yada düşmür.

ƏƏSMN-nin 14 vəzifəli əməkdaşını bir günün içində pafoslu şəkildə işdən kənarlaşdıran Səlim Müslümov «gənc kadrlara üstünlük verəcəyik» deməsinə rəğmən ƏƏSMN-dəki bütün gənc kadrları bir-birinin ardından yola salması ilə də diqqətləri cəlb etdi. Və ən cəlbeidici olanı isə onun ƏƏSMN-dəki «gəlirli yerlərə» öz adamlarını təyin etməsi idi. Bunun üçün DSMF bir kadr bazası rolunu oynadı.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, artıq Səlim Müslümov «yuxarılarda» yetərincə qıcıq yaratdığından ona PAFOSLU GEDİŞLƏR açıq şəkildə qadağan edilib. Məlumatlı mənbə bildirir ki, bir neçə gün əvvəl bu məsələ ilə bağlı ciddi xəbərdarlıq alan yeni nazirin diqqətinə çatdırılıb ki, publikaya fərqli formada işləyə bilər və hazırda cızmağa çalışdığı mənzərə onda uğurlu alınmayıb. Ən azından ilk başdan DSMF-dəki fəaliyyətini unutdurmağa çalışmalıdır.

Geri qayıt