Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarova iki yeni müavin gətirilir

Mikayıl Cabbarova iki yeni müavin gətirilir


11-02-2014, 08:57
Mikayıl Cabbarova iki yeni müavin gətirilir
DİA.AZ: - Keçən ilin 19 aprel tarixində təhsil naziri postuna təyin edilən Mikayıl Cabbarov hələ də işlərini bir müavinlə yola vermək zorundadır. Bildirək ki, hələ sabiq nazir Misir Mərdanovun dövründə 3 nazir müavini eyni gündə vəzifəsindən uzaqlaşdırılmışdı.

Mikayıl Cabbarov isə nazir təyin edildikdən sonra yalnız Ceyhun Bayramovu nazir müavini təyin etdirə bilib. Digər nazir müavini postlarına təyinat isə yubanmaqdadır.

Bununla bağlı DİA.AZ-a məlumat verən TN-dəki bilgili qaynaq iddia edir ki, hazırda həmin postlarla bağlı təyinat məsələsi müzakirə olunur: «Yaxın günlərdə daha iki nazir postuna təyinat ola bilər. Lakin Mikayıl Cabbarov bu məsələdə müstəqil deyil və ona ciddi basqılar var. Ola bilsin ki, Misir Mərdanovun köhnə heyətindən bir nəfər vəzifəyə çəkilsin. Bu, anlaşmalardan asılıdır».

Mikayıl Cabbarova iki yeni müavin gətirilir

Məlumatı verən mənbə maraqlı bir faktı da açıqladı: «Təyinatlar bir yana, Mikayıl Cabbarov hətta tabeliyində olanları belə öz qərarı ilə işindən ala bilmir. Bu gün gənc nazirə ciddi təzyiqlər var». Mənbənin sözlərinə görə, hələ də təhsil sektoruna qazanc mənbəyi kimi yanaşan qüvvələrin əsas söz sahibi olması yeni təyinatlarda da öz rolunu oynayacaq.

Geri qayıt