Əsas Səhifə > Gündəm, Manşet > Fars-molla rejiminin 31 Dekabr kabusu – İranda nədən bu tarixdən qorxurlar?

Fars-molla rejiminin 31 Dekabr kabusu – İranda nədən bu tarixdən qorxurlar?


7-02-2014, 09:46
Fars-molla rejiminin 31 Dekabr kabusu – İranda nədən bu tarixdən qorxurlar?
DİA.AZ: - Yəqin ki hər kəs gülmək istəyər. Elə isə biz sizə İran mediasında yer alan bir materialı təqdim edirik ki, güləsiniz... Təbii ki, hələlik gülməliyik... Amma ağlamalı günlərimiz də qabaqdadır. Çünki bu gün Azərbaycan türkünün tarixini saxtalaşdıran və milyonlarla Azərbaycan türkünü saxta tarixlə tərbiyələndirən fars-molla rejiminin bu illər ərzində yetişdirdiyi sapı özümüzdən olan baltaların vuracağı zərbələr hər birimiz üçün çox ağır olacaq...

Beləliklə DİA.AZ olaraq “qafqaaz.ir” portalında yer almış İranın daha bir antiAzərbaycan tədbirinin məlumatınını diqqətinizə təqdim edirik:

“Qafqaz Mədəniyyət Mərkəzində 19 yanvarın Dünya Müsəlman Azəriləri Günü adlandırılması münasibətilə seminar keçirildi.

Seminarda iştirak edən alim və mütəxəssislərin çıxışlarının xülasəsi.

Dünyada birlik və həmkarlıqların meyarları var. Bu meyarlar qarşılıqlı şəkildə rabitələrin genişlənməsi və etimadın artmasında faydalı ola bilər.

Bu rabitələr hər gün güclənməli, özünü əsl simasında göstərməlidir. Çünki bu rabitənin əsası qarşılıqlı hüquqlar və ədalətin qorunması ilə mümkündür. Konstitusiyamızın 154-cü maddəsi bəşəriyyətin xoşbəxtliyinin birlik meyarlarında, mənəvi dəyərlərin müştərəkliyində görür. Bu yolla haqq-ədalət səhnəyə çıxır.

Bizim Azərbaycan xalqı ilə müştərək xüsusiyyətlərimiz və dəyərlərimiz çoxdur. Dil və milli müştərəklikdən əlavə dəyər və etiqad sahəsində müştərəkliyimiz var. Məhz bu müştərəklik əsas vəhdət, birlik nöqtəsidir. Bundan dolayı Azərbaycana yenicə daxil olmuş Amerika və sionist rejim güc və kimliyimizə zərbə vurmağa çalışır. Bu məqsədlə bəziləri vicdan azadlığından sui-istifadə edir, çirkin vəhabi təfəkkürü yayılır. İstənilən bir yolla Azərbaycan xalqını özül düşüncəsindən yayındırmağa səy göstərirlər. Dini və etiqadi əsaslar, ictimai-siyasi, ideoloji müştərəkliklər vasitəsilə Azərbaycan xalqı və dövlət rəsmilərini cinayətkar dövlətlərin caynağından xilas etmək vəzifəmizdir. Çalışmalıyıq ki, bu xalq və siyasilərdən çirkin məqsədlərin həyata keçməsində istifadə edə bilməsinlər. Ümid edirik ki, Azərbaycan rəsmiləri bu təhlükəni hiss edir və sionist, vəhabi təfəkkürünün ölkəyə nüfuzuna bundan artıq icazə verilməyəcək. Saxta pantürkizm düşüncəsi nəinki azərilərin İslam və iranlı kimliyini hədələyir, hətta düşmən bu yolla İran və Azərbaycan arasında rabitələrə, birliyə zərbə vurmaq istəyir.

Müxtəlif regionlarda, xüsusilə düşmən təbliğat maşınında azəri kimliyi hədəfə alınır. Əslində tarix kitablarında azəri kimliyi təsdiqlənir və Araz çayının aşağı hissəsi bu adla yada salınır. Azərbaycan sözü azəri mənşəli sözdür, odu qoruyanın adı kimi xatırlanır. Bu barədə məlumat çoxdur. Tarix boyu çoxları çalışıblar ki, Araz çayından yuxarı hissəni də Azərbaycan kimi tanıtdırsınlar. Hansı ki bu hissənin adı Aran, Şirvan, Qafqazdır. Mədəniyyət, dil, inanc baxınmından iki məntəqə arasında müştərəklik göz qabağındadır. Tarixi hadisələr, Türkmənçay Müqaviləsindən sonra ölkəmizin azəri əhalili 17 şəhəri İran şahlarının ləyaqətsizliyi səbəbindən İrandan qoparıldı. Həmin vaxt Rus hökuməti iki partiya – Demokrat və İslam partiyaları təsis etməklə məntəqədə müsəlmanlar arasında təfriqə yaratmağa çalışdı. Sovetlər Birliyi başçıları bu iki partiya vasitəsilə öz məqsədlərinə çatmaq istəyirdi.

Türk Birliyi şüarı ilə pantürkist qrupların yaradılmasında əsas məqsəd türk birliyi yox, məntəqə xalqlarını əsl kimliyindən ayırmaq idi. Bu düşüncəni yaymaqla bir qrup çalışırdı ki, Azərbaycan İran torpaqlarını da öz adına çıxsın. Əslində regional parçalanma Qacar dövründən başlamışdı. Bu gün həmin regionda həm İslam, həm azəri kimliyi müşahidə edilir. Xalq kommunizm divarlarını yarıb öz həqiqi ünvanına, İslam İranına üz tutur. Əlbəttə ki, düşmənlər müxtəlif hiylələr və fitnələrlə 19 yanvar həqiqətini ört-basdır edib, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü adı ilə önə çəkirlər. Amma bu plan baş tutmayacaq, düşmən məğlub olacaq. Azərbaycan Respublikasında İslam kimliyi sionizm üçün böyük təhlükədir. Buna görə də azərilərin öz din və etiqadına bağlılığını istəmirlər.

Azərbaycan dövlətinin bu etiqada qarşı yönəlmiş siyasətləri, 31 dekabr gününü önə çəkməsi təsirsiz ötüşmür. Əslində həmin gün heç bir hadisə baş verməyib. Amma 19 yanvar İslam və azəri kimliyinə qayıdış nidasının ucaldığı gündür. Həmin gün sərhədlər qırılıb. Bu gün həmin məqsədlə əziz tutulur, əhəmiyyətli sayılır. Azərbaycan başçıları ABŞ və cinayətkar sionist rejimlə əl-ələ verərək çalışırlar ki, azəri dilli xalqın bütün nailiyyətlərini öz adlarına çıxsınlar. Milli mənafe buna icazə vermir. Bu aldadıcı hərəkətlər milli mənafeyə ziddir. İran İslam Respublikası İran və Azərbaycan xalqları arasında dostluq və birlik yaranması üçün çox çalışmışdır. Biz müştərək nöqtələri zəiflətməyə çalışan düşmənlərdən fərqli olaraq bu nöqtələr üzərində dayanırıq. Bu fəaliyyətlərə maneələr yaradılsa da Azərbaycan xalqının azəri və İslam kimliyinin təsdiqi üçün addımlar atırıq. Düşmən çalışır ki, azərilər üçün saxta bir kimlik yaratsın. NATO-nun şərqə doğru genişlənməsi, sionist rejimin regionda fitnəkar mövcudluğu, eləcə də şiə və Əhli-beyt həqiqətini hədəfə almış sələfi və vəhabi qrupların fəallaşması Azərbaycan üçün böyük təhlükədir. Düşmənin əsas məqsədi İranla Azərbaycan arasındakı rabitələrə zərbə vurmaqdır. Biz viza rejimini yüngülləşdirməklə Azərbaycan xalqına xoş münasibətimizi nümayiş etdirdik. Hazırda hər gün Biləsuvar gömrük keçid məntəqəsindən 3500 azəri İrana keçir. Bu xoş niyyət Azərbaycan tərəfindən də ortaya qoyulmalıdır”.

Geri qayıt