Əsas Səhifə > Gündəm, Manşet > Arzu Rəhimov kadrları beləmi hazırlayacaq? – Maaşlar verilmir!!!

Arzu Rəhimov kadrları beləmi hazırlayacaq? – Maaşlar verilmir!!!


30-01-2014, 09:12
Arzu Rəhimov kadrları beləmi hazırlayacaq? – Maaşlar verilmir!!!
DİA.AZ: Məlumata görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin rayonlarda fəaliyyət göstərən mütəxəssis hazırlığı kurslarında ciddi narazlıqlar movcuddur. DİA.AZ bildirir ki, bu barədə infom.az xəbər yayıb.

Portalın əməkdaşının rayonlarda apardığı araşdırma da xəbərin doğruluğunu təsdiqləyib . Narazılıqların əsas səbəbi bu tədris müəssisələrində çalışan müəllim heyətinin bir ildən çox müddətdir ki, əmək haqlarını ala bilməmələridir.

Bu Xidmətin göndərişi əsasında MMC-nin rayon şöbələrində ildə ən azı 7-10 min nəfər çağırışçı gənc sürücülük kurslarına cəlb edilir.. Dövlətin büccəsindən isə 1 şagird üçün 225 manat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hesabına pul ödənilir.

Ayrılan vəsaitdə digər xərclərlə yanaşı, belə müəssələrdə çalışan müəllimlərə ayda əmək haqqı verilməsi də nəzərdə tutulub. Nəzərə alsaq ki, 77 müəssənin hər birində ən azı 6 müəllim çalışır, bu hesabla təlimçilərin sayı 462 nəfərdən az deyil. 1 müəllimin aylıq əmək haqqı təxminən 140 manatdırsa, bu, ümumilikdə 64 680 manat təşkil edir. Belə çıxır ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC 12 aya görə hər müəllimə 1 680 manat, 462 müəllimə isə ümumilikdə 776 160 manat borcludur.

Adlarının çəkilməyini istəməyən mənbələrdən əldə etdiyimiz məlumatda bildirilir ki, əmək haqqından başqa, rayonlardakı məktəblərin maddi-texniki bazasını yaxşılaşdrmaq məqsədi ilə dövlət tərəfindən müəssisəyə əlavə vəsait də ayrılır: “Bu vəsaitlərin ən önəmlisi sürücülərin avtomobillərlə təlim keçməsi üçün yanacaq pulu ayrılmasıdır. Bu, heç də kiçik məbləğ təşkil etmir. Orta hesabla il ərzində 1 məktətəbdə istifadə üçün ayrılmalı yanacağın dəyəri təxminən 20 min manat olduğundan, 77 məktəbə görə yanacaq sərfiyyatı adı ilə 1,5 milyon manatdan çox vəsait hesabdan silinir. Faktiki olaraq məktəblərə nə yanacaq verilir, nə də onun dəyəri.”

Bütöv il ərzində əmək haqqı almayan müəəlimlərin aidiyyatı dövlət orqanlarına şikayət etməməyi də təəccüb doğurur. Ölkədə ikinci elə bir müəssisə varmı ki, işçi il ərzində əmək haqqı almadan çalışsın və səsini çıxarmasın? Aşkar surətdə hiss olunur ki, gecikdirilən əmək haqqını tələb etməkdən müəllimləri çəkindirən səbəb var. Özü də çox sadə səbəb: adları sürücülük kursuna yazılanların bir çoxu təlimlərdə iştirak etmədiyinə görə haqq ödəyir. Məktəblərin maddi-texniki bazası da bunu deməyə əsas verir.

Qeyd edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) 2012-ci ilin iyulunda ləğv edilib və onun struktrları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindinin tabeliyinə keçib. Sonradan sözügedən cəmiyyətin bazasında “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC təsis edilib və KHVTİC-nin üzvləri bu qurumda fəaliyətlərini davam etdirməyə başlayıb. Mərkəzin rəisi Şahvələd Əliyevdir . O, bundan əvvəl Dövlət Sərhəd Xidmətində çalışıb.

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb.

Belə “mütəxəssis hazırlığı” orduya və cəmiyyətə nə fayda verə bilər? Bu barədə ciddi düşünməyə dəyər.

Geri qayıt