Əsas Səhifə > Gündəm > Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında cinayət işi başlanılıb

Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında cinayət işi başlanılıb


29-01-2014, 14:27
DİA.AZ: - Şəki Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı Mingəçevir şəhər sakini Tural Məmmədovun Rəkanət Əhmədovanın etibarından sui-istifadə edərək əri Mirzə Əhmədovla birgə nigah müddətində alqı-satqı yolu ilə aldıqları mənzili mülkiyyətçilərinin notarial qaydada təsdiq olunmuş razılığı tələb olunduğu halda, Mirzə Əhmədovdan belə razılıq alınmadan və yalnız Rəkanət Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon ərazi idarəsindən çıxarış alınması üçün verdiyi etibarnamə əsasında başqa şəxsin götürdüyü kreditin təminatı kimi “Kapital Bank” ASC-nin Mingəçevir şəhər filialında girov qoymasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Geri qayıt