Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…

Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…


29-01-2014, 08:48
Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…
DİA.AZ: - Sumqayıt Dram teatrında özbaşınalıq hökm sürür. Bu barədə DİA.AZ-a müraciət edən teatrın səs rejissoru Anar Süleymanov olduqca ilginc faktları açıqlayıb. Maraqlı orasıdır ki, çoxdandır bu faktlar müvafiq dövlət qurumlarına, hətta Mədəniyyət və Turizm Nazirliyinə bəlli olsa da, kimsə tədbir görmək istəməyib. Bu isə teatrın direktoru Mehman Şükürova qarşı səslənən ittihamlardan nazirlikdə oturanlara da pay çatmasının göstəricisidir. Yəni bir teatrın direktoru açıqlanan məlum faktlara təkbaşına nədən ola bilməz, himayədar zərurəti var.

Narazı teatr işçisinin redaksiyamıza yazdığı müraciəti diqqətinizə təqdim edirik: Mən hal-hazırda Sumqayıt teatrında direktor vəzifəsində çalışan Mehman Şükürovla bağlı faktları, teatrın ştatında «ölü canları» saxlaması və müxtəlif maliyyə maxinasiyaları ilə bağlı bilgilərimi korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim etmişəm. Sübut kimi ölü canların siyahısını sizə göndərirəm. Amma bəri başdan təəssüflə qeyd etmək istəyirəm ki, bu vaxta qədər şikayətim üzərə heç bir araşdırma aparılmayıb».

Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…

Anar Süleymanovun bildirdiyinə görə, təhqiqat şöbəsində ona bu işi araşdırılması üçün ya korrupsiyaya qarşı mübarizə idarəsinə, ya da Mədəniyyət və Turizm Nazirliyinə göndərəcəklər: «Bildirim ki, mənim müraciətimdən sonra nazirlik yalnız teatrda iclas keçirməklə işini bitmiş hesab elədi. Daha «ölü canlar» və maliyyə maxinasiyaları ilə bağlı ittihamlarım araşdırılmadı. Mən çox təəssüf edirəm ki, nazirlikdə işləyən Vəfa Novruzova kimi adamlar - hansı ki bizim teatrımızın kuratorudur - cənab Əbülfəs Qarayevin tapşırığını düzgün yerinə yetirmək əvəzinə nazirə yanlış məlumat verirlər.

Əks halda 13.12.2013-cü il tarixində nazirlikdən gələn əmrdə mənim qaldırdığım ittihamlar, təqdim etdiyim faktlar da ehtiva olunardı. Amma bu haqda əmrdə ümumiyyətlə, heç bir məlumat yoxdur. Təəccüblüsü odur ki, son 17 il ərzində nazirliyə gələn bütün yoxlamalar zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. O cümlədən teatrda heç bir fəaliyyəti olmayan böyük bir orkestrin saxlanması faktı da kimsənin diqqətini cəlb etməyib.

Yalnız mənim şikayətimdən sonra nazirlik tərəfindən bu fəaliyyətsiz orkestrin ləğv olunması haqqında sərəncam verildi. Və təbii ki, bütün bunların ardından teatrın rəhbərliyi tərəfindən mənə təzyiqlər başlayıb, günü gündən də artmaqdadır. Əsassız xəbərdarlıq və töhmət veriblər ki, bu qanunsuz cəzalara görə, teatrın direktorunu məhkəməyə vermişəm».

Sumqayıt Dram Teatrının səs rejissoru Anar Süleymanovun iddia etdiyi «ölü canlar»ın siyahısını diqqətinizə təqdim edirik:

Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…
Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…
Sumqayıt Dram Teatrında «ölü canlar»!!! - Amma səhnədə yox, ştat cədvəlində…
Geri qayıt