Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > Elçibəyin qardaşı oğlu haqda ağlasığmaz şaiyəni kim yayır?
Elçibəyin qardaşı oğlu haqda ağlasığmaz şaiyəni kim yayır?20-01-2014, 13:16 |
DİA.AZ: - Son günlər ayrı-ayrı haker qrupları müxtəlif xəbər portallarını hədəfə alıblar. Və xatırladaq ki, onların arasında DİA.AZ da ən çox zərərçəkənlərdəndir. Amma hücuma məruz qalan təkcə xəbər portalları deyil. Elə tanınmış simalar da hədəfdədir. Məsələn, bir neçə gün əvvəl Müdafiə Nazirliyi məlumatında vurğulayırdı ki, kimlərsə yeni nazir Zakir Həsənovun adına «Facebook»da səhifə yaradıblar. Bildirək ki, zaman-zaman digər nazirlərimizə qarşı da anoloji təxribatlar törədilmişdi. Ən çox zərərçəkənlərdən biri isə daxili işlər naziri Ramil Usubovdur ki, onun adına hətta bir neçə dəfə saxta profillər də yaradılmışdı. Bu gün isə ayrı-ayrı siyasət adamlarının sosial şəbəkələrdəki profillərinin ələ keçirilməsi, onların adından başqalarına təhqiredici ifadələrin göndərilməsi bir ənənə halını alıb. Bununla bağlı DİA.AZ-a açıqlama verən Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsinin sədri Hürrü Əliyev bildirdi ki, artıq bir həftədir ki, onun «Facebook»dakı profili ələ keçirilib və dostluğunda olan şəxslərə müxtəlif ifadələr göndərib ki, bu da onda narahatçılıq yaradıb. Daha sonra Hürrü Əliyev onun adından həqiqəti ehtiva etməyən statuslar da paylaşılır: «Məsələn, mənim adımdan paylaşıblar ki, guya mən Türkiyədə ağciyər xərçəngindən müalicə olunuram. Bu, ağ yalandır və kimlərsə mənim uğurlu Türkiyə səfərlərimi kölgə altında qoymaq istəyir. Biz burada çox ciddi çevrələrlə mühüm görüşlər keçirmişik». Hazırda Türkiyədə olan Hürrü Əliyev onu da bildirdi ki, profilini ələ keçirənlərlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcək. Geri qayıt |