Əsas Səhifə > Gündəm, Manşet > Vəhabi qalmaqalı böyüyür: Əlixan Musayevə qarşı sərt ittihamlar seriyası
Vəhabi qalmaqalı böyüyür: Əlixan Musayevə qarşı sərt ittihamlar seriyası18-01-2014, 13:25 |
DİA.AZ: - Son günlər Azərbaycan vəhabiləri arasında ciddi fikir ayrılığı yaranıb. Belə ki, keçən ilin sonlarına yaxın məhz bu fikir ayrılığı səbəbindən bir-birilərinə silah çəkən vəhabilərin davası Suriya müharibəsində iştirak edib-etməmələrinə olan münasibət fərqliliyindən yaranıb. Keçən günlərdə isə Azərbaycan vəhabilərinin iki tanınmış siması olan Qamət Sleymanovla Əlixan Musayev mətbuat səhifələrində polemikaya girdilər. Yəni adamlar rahat şəkildə əslində bir cinayət əməlində iştirak edib-etməmələrini dartışırlar. DİA.AZ-ın elektron poçtuna da Əlixan Musayevlə bağlı maraqlı informasiyalar daxil olub. Bildirək ki, etibarlılığına bələd olmadığımız məlumatların hər ikisi eyni qaynaqdan göndərilib. Həmin məlumatları diqqətinizə təqdim edirik: 1-ci xəbərdə deyilir: “Əlixan Musayevə Müşfiqabad məscidində dərs deməsi ona xəvariclər və təkfirçilər tərəfindən qadağan edildi. Çoxlarımıza məlum olduğu kimi Elixan Musayev bu gün (dünən –red.) Müşfiqabad məscidində dərs deməli idi. Onun həmin məsciddə dərs deməsinə icazə verilməyib. Əlixan Musayevi orada dərs deməyə qoymayıblar. Xəvariclər və təkfirçilər etiraz ediblər ki, Elixan bizimlə oturanda Suriyada cihad fətvaları verir, amma mediada başqa söz deyir. Onlar iddia ediblər ki, Əlixan Musayev ikiüzlüdür. Bununla da hələlik Müşfiqabad məscidində Əlixan Musayevə dərs deməsi qadağan olunub. Xəbərlər doğrudur. Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev özü zəng edib Əlixan Musayevə bildirib ki, daha sən bura məscidimizə dərslər deməyə gəlmə”. 2-ci xəbərdə deyilir: “Son vaxtlar ilahiyyatçıların Əlixan Musayevdən nə üçün uzaqlaşması sualları çoxlarını narahat edir. Bununla bağlı səhih və etibarlı məlumatlar əldə edilmişdir. Belə ki, Əlixan Musayevden ilahiyyatçılar ona görə uzaqlaşıblar ki, Əlixan Musayev onlarla oturanda gizlin səslərini yazırmış, sonra şantaj edirmiş. Əlixanda psixoloji xəstəlik var”. QEYD: Bunun ardından Əlixan Musayev çox ciddi şəkildə və həm də əxlaqa uyğun olmayan ifadələrlə ittiham olunur ki, bunu yaymamaq qərarını verdik. Daha sonar 2-ci xəbərdə deyilir: “Əlixan Musayev Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi və digər dövlət məmurları ilə görüşəndə gizlin danışıqları yazıb. Bəzən söhbəti maliyyə məsələrinə gətirirmiş ki, sabah lazım olsa, şantaj edə bilsin. Əlixan həmin gizli yazılmış səsləri ən yaxınlarina neçə dəfə dinlətmişdir ki, baxın, əlimdə nə materiallar var. Əlilxan Musayev psixoloji xəstəliyinə görə hal-hazırda müalicə alır. Müalicə üçün tez-tez Türkiyəyə gedir. Psixoloji cəhətdən xəstədir. Bəzi vaxtlarda özü onunla oturanlarla bərabər terrordan, cihaddan danışır, onlarla oturanların bu barədə olan sözlərini, səslərini yazır, onlara hədə-qorxu gəlib deyir ki, sizi istədiyim zaman şantaj edə bilərəm”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |