Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan vəhabilər arasında “Suriyada savaş” gərginliyi davam edir

Azərbaycan vəhabilər arasında “Suriyada savaş” gərginliyi davam edir


16-01-2014, 09:58
Azərbaycan vəhabilər arasında “Suriyada savaş” gərginliyi davam edir
DİA.AZ: - Son günlər Suriyada Azərbaycan vətəndaşlarının döyüşməsi, həlak olması halları günbəgün artmaqdadır. Artıq Suriyadan ölkəmizə 20-yə yaxın vətəndaşımızın öldürülməsi xəbəri gəlib. Və bu proses davam etməkdədir.

Təbii ki, bu gün Suriyaya absurd ideyalar ardınca döyüşə gedənlər vəhabi təriqəti üzvləridir. Amma Suriyadakı müharibəyə Aqzərbaycan vəhabilərinin birmənalı münasibəti mövcud edyil. Artıq özünü sələfi adlandıran vəhabi qrupunun başçısı Qamət Süleymanovla əks cinahın – daha radikal hesab olunan xavariclərin başçısı Elxan Musayec arasında bir mətbu polemika yaşanıb. Halbuki bir neçə gün öncə bu polemika vəhabilərin “müqəddəs şəhər” elan etdikləri Sumqayıtda da yaşanmışdı. Amma qəzet səhifələrində yox, SİLAHLARIN DİLİ İLƏ.

Bir sözlə, hazırda vəhabilərimizin arasında da bir fikir ayrılığı var. Elə DİA.AZ-a müraciətlərini yollayan və özlərini “Mədinə İslam Universitetinin tələbələri” kimi təqdim edən vəhabi qrupu da həmin polemikaya müdaxilə edib. Onların müraciətini olduğu kimi diqqətinizə təqdim edirik:

“Elxan Musayevin Qamət Süleymanov barəsində dediklərinə biz münasibət bildirərək demək istəyirik ki, bizim yaydığımız bəyanatın onların arasında olan ixtilaf və söz söhbətlərə heç bir aidiyyatı yoxdur. Bu Elxandan tələb olunan mövqe bildirməsindən qaçmaq üçün istifadə etdiyi yeni bir bəhanəsidir. Əslində bu Elxanla bizim mənhəcimiz arasında olan fərqdir, çünki son 3-4 ayda təkfirçilər və ixvanlar Elxanın 20 il əvvəl dediklərindən tövbə etməsi, və onların sırasına daxil olduğunu bildirmişlər. Biz də yığışıb qərara aldıq ki, Elxana müraciət hazırlayaq ki, o orda öz mənhəcini bəyan etsin və arada olan şübhələr qalxsın. Elxan isə ondan tələb olunan mənhəcini bəyan etmək əvəzinə əksinə məlumatlar yayır ki, guya bu məsələ onunla Qamət arasında nüfuz və intellektual mübarizə məsələsidir, və Qamət guya ki, özündən savadlı ilahiyyatçıları gözdən salmağa çalışır. Əlbəttə ki, Elxanın bəyanatı açıq-aşkar yalandır, bizim aramızda Elxandan da qat-qat elmli qardaşlarımız var, və təbii ki, Elxanın özü də bunu çox gözəl bilir. Sadəcə hamıya qarşı mübarizə aparmaq çətin olduğu üçü Elxan məsələni 10 ildən bu günə qədər öz aralarında baş verən məsələyə yönəltmək istəyir. Biz tələbələr bunun belə olmadığını vurğulayırıq, və Elxandan tələb edirik ki, ona ünvanlanan sualları cavablandırsın:

1. Cahiliyin üzr olması əhli sünnənin üzürlər fəslində ittifaq etdiyi dörd əsasdan biridir. Sadəcə əhli sünnə Peyğəmbər (Ona Allahın salamı olsun) göndərildikdən sonra cahil insan qalıb qalmamasında ixtilaf etmiş və heç biri qarşı tərəfi bidətdə ittiham etməmişdir. Sizin cahilliyin üzrü məsələsindəki mövqeyiniz nədir? Azərbaycan əhalisi cahilliyinə görə üzürlüdürmü? Sizin rəyə müxalif olan qarşı tərəfi bidətdə (xəvariclik və ya murciəlikdə) ittiham edirsinizmi?

2.İslam alimləri Quran və sünnədə varid olan hədislərdə küfr sözünün bəzən böyük küfr, bəzən isə kiçik küfrə dəlalət etdiyi üçün namazın vacibliyini inkar etmədən səhlənkarlığı ucbatından tərk edənin küfrünün böyük və ya kiçik olması haqqında ixtilaf etmişlər. Yalnız heç bir tərəf qarşı tərəfi bidətdə ittiham etməmişdir. Sizin bu məsələdəki mövqeyiniz nədir? Sizin rəyə müxalif olan qarşı tərəfi bidətdə (xəvariclik və ya murciəlikdə) ittiham edirsinizmi? Şəhadəti deyil, İslamın digər dörd rükunu tərk edəni təkfir etməyən əhli sünnə alim və elm tələbələrini bidətdə (murciəlikdə) ittiham edirsinizmi?

3.Bir diyarın Dar əl-İslam və ya Dar əl Küfr olması haqqında müxtəlif rəyləri vardır. Sizin bu məsələdəki mövqeyiniz nədir? Sizin rəyə müxalif olan qarşı tərəfi bidətdə (xəvariclik və ya murciəlikdə) ittiham edirsinizmi?
Bəs Azərbaycanı islam diyari yoxsa kafir diyari adlandirirsiniz?

4.Əhli sünnə Mütləq təkfirlə Müəyyən təkfir arasında fərq qoyur. Yəni bir sözün və ya felin küfr olması hələ bu sözü edən və ya deyənin kafir olduğuna dəlalət etməz. Bunun üçün şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması lazımdır. Siz bu əsasları qəbul edir və təkfirdə bu əsasları tətbiq edirsiniz?

5.Allahın hökmü ilə hökm verməyən haqqında Əhli sünnənin təfsilatını etiqad edirsiniz, yoxsa Allahın hökmü ilə hökm verməyən hakimi bir başa Tağut adlandırıb, onu İslam dairəsindən çıxarırsınız?

Nəzərinizə catdıraq ki, bu suallardan sonra Elxan Musayevin yalan və ya doğru danışdığı aydın olacaq.

Spnunda Elxandan xahiş edirik ki, danışıqlarında, yazdıqlarında heç bir siyasi məsələlərə əl atmasın, hər işin öz əhli var, sən ancaq sənin özündən tələb olunanı cavablandır.

Çünki Elxanın “apa” agentliyinə verdiyi bəyanatdan sonra hər iki tərəf ondan mənhəcini bəyan etməyi tələb edirlər”.

Geri qayıt