Əsas Səhifə > Gündəm, Manşet > Elçibəyin Türkiyədəki silahdaşları yenidən Azərbaycana dəstək verir
Elçibəyin Türkiyədəki silahdaşları yenidən Azərbaycana dəstək verir11-01-2014, 11:47 |
DİA.AZ: - Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası (AMAC) özünü elan etdiyi ilk günlərdən ciddi təşkilatlanma və həm daxildə, həm də ölkə xaricində qurulmaqda olan partiyanın əlaqələrinin qurulması, möhkəmlənməsi yolunda mühüm addımlar atmaqdadır. Artıq bu yöndə fəaliyyətini genişləndirən AMAC-ın təşkilat komitəsinin üzvləri qardaş Türkiyəyə ikinci mühüm səfərə yola düşüblər. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, AMAC Təşkilat Komitəsinin üzvləri Hürrü Əliyev, Həsən Qasımov və Azər Talıbov bu gün qardaş Türkiyədə çox ciddi dairələrin dəvəti ilə səfərdədilər. Səfər barədə verilən xəbərə görə, AMAC heyəti Türkiyədə artıq rəsmi Ankaranın sahibi olma yolunda ciddi addımlar atan anna müxalifət - Cümhuriyyət Xalq Partiyasının rəhbər heyəti ilə, habelə bir sıra vacib dairələrlə görüş keçirəcək. Bildirək ki, nədənsə təşkilatçılar səfər barədə olduqca məhdud informasiyalar verir. Amma redaksiyamızın əldə etdiyi informasiyalarda qeyd olunur ki, mərhum eks prezident Əbülfəz Elçibəyin qardaşı oğlu olan Hürrü Əliyev Türkiyədə Elçibəyin sabiq silahdaşlarından dəstək ala bilməsi üçün də hərəkətə keçib. Bu barədə danışan mənbənin söylədikləri: «Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra bu dəstək Azərbaycandan kəsildi. İndi isə həmin etimadı Hürrü Əliyev qazanıb və Azərbaycan siyasətində, gələcək fəaliyyətində bir divident kimi istifadə etməyə hazırlaşır». Geri qayıt |