Əsas Səhifə > Gündəm, Manşet > Fərhad və Raiq Əliyev qardaşlarından xəbər var

Fərhad və Raiq Əliyev qardaşlarından xəbər var


8-01-2014, 09:59
Fərhad və Raiq Əliyev qardaşlarından xəbər var
DİA.AZ: - Prezident seçkilərindən sonra verilən əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı hələ keçən ilin sonlarına yaxın maraqlı informasiyalar yayıldı. Məsələn, yerli mətbuatda yer alan xəbərlərdə bildirilirdi ki, keçmiş nazir azadlığa çıxanda öhdəlik götürdüyündən Azərbaycanı birdəfəlik tərk etmək zorunda qalıb. Və buna əsas kimi Fərhad Əliyevin azadlığa çıxdıqdan demək olar ki, dərhal sonra ölkəni tərk etməsi faktı göstərildi.

Doğrudur, sonradan Fərhad Əliyevin yaxınları onun ölkədən getməsinə müəyyən izahat verməyə çalışdılar. Məlum oldu ki, keçmiş nazir İngiltərəyə təhsil alan övladı ilə görüşməsi üçün onun yanına gedib. Amma indi isə aydın olur ki, yeni ili də İngiltərəfə keçirən Fərhad Əliyevin hələ də vətənə dönmə kimi niyyəti yoxdur.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda da qeyd olunur ki, həm Fərhad Əliyev və həm də onunla bərabər əfv olunan qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev müəyyən şərtləri qəbul etmək zorunda qalıblar ki, buna uyğun olaraq da onlar Azərbaycandan getməli olublar.

Onu da bildirək ki, mətbuatda Rafiq Əliyevin «Azpetrol»dakı paylarını geri qaytarması barədə də müəyyən xəbərlər yerləşdirildi. Və redaksiyamıza danışan mənbə iddia edir ki, əslində həmin məlumatlar əsassız idi: «Rafiq Əliyevin əsas nailiyyəti azadlığıdır. Onun «Azpetrol»dakı payına gəlincə isə, bu barədə çoxdan qərar verilib və hansısa geri dönüşüm imkanları mövcud deyil».

Geri qayıt