Əsas Səhifə > Gündəm, Manşet > Durumu ağır olan uşağın qəyyumlarından tükürpədən müraciət

Durumu ağır olan uşağın qəyyumlarından tükürpədən müraciət


7-01-2014, 08:39
Durumu ağır olan uşağın qəyyumlarından tükürpədən müraciət
DİA.AZ: - “Mən bu məlumatı yaymaq istəmirdim. Hətta özümü ələ də almışdım. Öz işlərimlə məşğul olmuşdum. Amma indi qəyyumu olduğum Məhəmmədin vəziyyəti elədir ki, mən bunu yaymağa məcburam. Uşaq hazırda yerindən qalxa bilmir. Biz yeməyi ona yataqda veririk”. Bu sözlər DİA.AZ-a müraciət ünvanlayan Binəqədi rayonu, Naxçivani küçəsi, ev 39 a, mən 14 Rasət Əliqasım oğlu Qasımova məxsusdur.

Kömək ümidində olan vətəndaş yazır: “Hazırda uşağın qızdırmıası 37.7-dir. Bu gün (dünən –red.) saat 17.00 radələrində uşaq intihara cəhd edib. Caınındakı ağrılardan yaxa qurtarmaq üçün özünü cərəyana qoşmaq istəyib. Mən sırf təsadüf üzündən bunun qarşısını almışam. Təsadüfən çarpayısını yanındakı yazı stolunun altındakı saxlancdakı “razetka”nı görmüşəm və bundan sonra uşaq ağrılara dözmədiyni, özünə qəsd etmək fikrində olduğunu açıb deyib.

Mən bərk sarsılmışam. O dəqiqə Binəqdi İcra Hakimyyətinə zəng etmişəm, növbətçiyə məsələni açmışam, növbətçi mənə polisə də zəng etməyi məsləhət görüb, mən 102-yə zəng edib məlumat vermişəm. Təqribən iyirmi dəqiqədən sonra evimə iyirmiyə yaxın polis gəlib. Onlar uşağıv dilə tutub, «məsələni» yoluna qoyub çıxıb getmək istəyiblər. Amma mən cağırışı sənədələşdirməyi tələb etmişəm və bundan sonra polislərdən bir mənə bunu “təşkil etdiyimi” deyib, onda mən polisə yalan məlumat verdiyimə görə məni həbs eimələrini istəmişəm, yalınız bundan sonra özünü beşinci polis bölməsinin əməkdaşı kimi təqdim edən Süliddin adli polis məndən izahat alıb.

Mən üç aydan çoxdur ki, xəstəxanalardayam. Səhiyyə nazirliynin problemdən xəbəri var. Ombudsman Elmira xanım Süleymanova Səhiyyə nazirliyinə narahatlıq məktubu göndərib”.

Daha sonra vətəndaş bildirir ki, aşağıdakı məzmunda məktubu Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya da ünvanlayıb: “Çox hörmətli Mehriban xanım Əliyeva. Qəyyumu olduğum Mehdizadə Məhəmməd uzun müddət dializ alıb. 2013-cü ilin 12 aprelində uşağa Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb. İndi uşağın böyrəyində heç bir problem yoxdur.

Böyrək köçürülməsindən sonra uşağın uzun müddət 37,1, 37.2, 37,3 dərəcəli qızdırmaları olub. Bundan sonra uşaqda bel ağrıları başlayıb. Müxtəlif tomoqrafiya çəkilişlərindən sonra məlum olub ki, uşağın səkkizinci fəqərəsində sınıq var və sınığı fəqərə ətafındakı şiş yaradıb. Mən respublikanın bütün əlaqədar xəstəxanalarında - Onkologiya, Travmatologiya, Neyrosərrahiyyə xəstəxanalarında, müxtəlif özəl tibb müəsissələrində - olmuşam.

Uşağa onlarla neyrocərrah baxıb. Səhiyyə nazirliyinə məlumat vermişəm. Uşağın qeydiyyatda olduğu 20 saylı xəsətəxana problemdən məlumatlıdır. Cərrahların hamısı uşağın səkkizinci fəqərəsində yaranmış problemin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün uşağın biopsiya olunmasını zəruri hesab ediblər, amma uşağı biopsiya etməyə cəsarət etməyiblər. Səbəb şişin ürəyə gedən aortanın yaxınılığında yerləşməsidir.

Uşaqdan biopsiya götürmək üçün əməliyyatda neyrocərrahla yanaşı, həm də ürək damar cərrahı iştirak etməlidir və bu iş müəyyən təcrübəyə malik tibb mərkəzində həyata keçirilməlidir. Bu isə Azərbaycanda yoxdur. Mənə uşağı Türkiyəyə aparmağı məsləhət görüblər. Buna isə mənim imkanım yoxdur. Kömək göstərməyinizi Sizdən xahiş edirəm”.

Geri qayıt