Əsas Səhifə > Gündəm, Manşet > Vəhabilərin ikinci hədəfi Azərbaycandır

Vəhabilərin ikinci hədəfi Azərbaycandır


6-01-2014, 12:20
Vəhabilərin ikinci hədəfi Azərbaycandır
DİA.AZ: - Son günlər aktuallaşan vəhabi problemi ölkəmizin böyük bir təhlükə ilə üz-üzə qalmasından xəbər verir. Hər halda, bu gün hətta öz aralarındakı problemləri belə silah dili ilə çözmə cəsarətini nümayiş etdirən vəhabilərin «müqəddəs şəhər» elan etdikləri Sumqayıtda və digər bölgələrimizdə ciddi bazaya malik olduqları faktdır.

DİA.AZ bildirir ki, artıq Azərbaycanın vəhabi təhdid ilə üz-üzə qalması dünya mediasının da diqqət mərkəzindədir. Son olaraq isə İran mətbuatında bununla bağlı şok iddia səslənib və bu iddialardan belə anlaşılır ki, hazırda Rusiyanın başı üzərindəki «vəhabi buludlarının» növbəti hədəfi Azərbaycandır. DİA.AZ olaraq «arannyus» portalında yer alan həmin məlumatı oldubu kimi diqqətinizə təqdim edirik:

«"AranNews"in məlumatına əsasən, Londonda çap olunan "Əl-şərqul-əvsət" qəzeti diplomatik qaynaqlara əsaslanaraq yazır ki, Ərəbistanın kəşfiyyat idarəsinin naziri Bəndər bin Sultan Moskvaya səfərində Rusiyanın prezidenti Vladimr Putinlə görüşündə radikal çeçen qrupları ilə möhkəm və güclü əlaqələri olmalarını bildirib.

Hətta, Bəndər bin Sultan Moskvaya zəmanət vermişdi ki, Qış Olimpiya Oyunlarını bu qrupların hücumundan qoruya bilər. Əlbəttə, bunu Rusiyanın Suriya məsələsində Ərəbistanla əməkdaşlığı ilə şərtləndirmişdi. Belə nəzərə gəlır ki, bu xəbərlə son günlər Rusiyanın Volqoqrad şəhərində terror hadisələri və çoxlu insan tələfatı arasında sıx əlaqə mövcuddur.

Suriyanın dövlət qoşunlarının ardıcıl qələbələri və irəliləyişlərinin ardınca terrorçuları dəstəkləyən ölkələr Cenevrə 2 konfransı astanasında Rusiyanın Suriya dövlətinə dəstəyində dəyişikliklər yaratmağa çalışırlar. Bu proqram çərçivəsində Ərəbistanın təhlükəsizlik orqanları hətta özlərinin radikal çeçen və vəhabi dəstlələr ilə geniş əlaqələri olmalarını açıqlamağa məcbur olmuşdur.

Ekspertlər belə düşünürlər ki, Ərəbistan vəhabi terrorçuların ən böyük himayəçisi kimi bu qruplardan sui-istifadə etmək üçün heç bir zaman və məkan məhdudluğu nəzərdə tutmur. Son vaxtlar Rusiyadan əlavə, Azərbaycanda da bu mövzunun əlamətləri müşahidə edilməkdədir və bu işin nəticəsi Azərbaycan hökumətinin əməlinə bağlıdır.

Qeyd edək ki, Azərbaycan ölkəsi radikal vəhabi qrupların fəaliyyət yeri olan Rusiyanın Çeçenistan Muxatar Respublikası ilə qonşu olduğu, habelə bu ölkənin əhalisi əsasən şiə məzhəbli olduğu və Qarabağ konfliktinə görə vəhabi qrupların hədəflərinə çevrilən ölkələr sırasındadır». -

Vəhabilərin ikinci hədəfi Azərbaycandır
Geri qayıt