Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər, Üst manşet > Yeni nazirin ilginc kadr islahatları

Yeni nazirin ilginc kadr islahatları


26-12-2013, 09:01
Yeni nazirin ilginc kadr islahatları
Son dəyişikliklərdə əsas iradə sahibinin Nəcməddin Sadıqov olduğu haqda iddia var

DİA.AZ: - Keçən günlərdə məlumat yayıldı ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin fəaliyyəti araşdırılır və hətta onun həbsi məsələnin belə aktual olduğu iddia edildi. Lakin sonradan bu xəbərlərin heç bir əsasının olmadığı aydınlaşdı. Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də bəlli olur ki, əslində Səfər Əbiyev heç də hakim düşərgə üçün «rədd edilmiş» kadr deyil.

Bu barədə bilgili qaynağın söylədikləri: «Səfər Əbiyevə qarşı hakimiyyətin hər hansı qüvvəsi xüsusi aqressiyaya malik olmayıb. Ona dövlət başçısının da münasibəti yaxşı olub. Və vəzifəsindən sakit şəkildə yola salınıb. Hər halda, onu «rədd edilmiş» bir fiqur kimi xarakterizə etmək olmaz. Perspektivdə Səfər Əbiyevə hansı səlahiyyətlərin həvalə ediləcəyini bilmək olmaz və belə bir hal mümkündür».

Onu da bildirək ki, bu arada Müdafiə Nazirliyi daxilində də ilginc olayların cərəyan etməsilə bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Bilgili qaynaqlardan əldə etdiyimiz xəbərə görə, bu gün mətbuatın da bəh-bəhlə təqdim etdiyi MN-dəki kadr islahatlarının əksəriyyəti birbaşa olaraq Nəcməddin Sadıqovun nəzarəti altında həyata keçirilir.

Belə bir ididanı səsləndirən mənbənin söylədikləri: «Əslində bu, anlaşılandır bir tərəfdən. Çünki Zakir Həsənov keçmiş döyüşçü olsa da, illərdir Milli Ordu sistemindən uzaq düşüb və Milli Ordunun kadr potensialına yaxşı bələd deyil. Ən azından Nəcməddin Sadıqovla müqayiəsədə. Və bu baxımdan baş verən kadr islahatlarında yeni müdafiə nazirinə bir yaxşı məsləhətçi lazımdır. Amma»…

Mənbəmiz işin «amma»sının olduğunu bildirməklə yanaşı, bunun gələcəkdə Zakir Həsənov üçün böyük problem yarada biləcəyi ehtimallarından da danışdı: «Təbii ki, əgər Nəcməddin Sadıqovun iradəsi son dəyişikliklərdə ümdə mahiyyət daşıyırsa, deməli, qurulan yeni komanda Zakir Həsənova deyil, Nəcməddin Sadıqova aiddir. Yəni Nəcməddin Sadıqov öz komandasını qurur ki, belə bir xarakterli komanda ilə Zakir Həsənovun n qədər ayaq uydura biləcəyini yalnız zaman göstərə bilər. Lakin fakt faktlığında qalır və bu gün fakt ondan ibarətdir ki, təkcə MN-nin mərkəzi aparatında baş verən 80 kadr dəyişikliyindən 73-ündə Nəcməddin Sadıqovun iradəsi rol oynayıb, kadrları o, seçib».

Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə MN-dəki kadr islahatları yekun məcraya gələcək: «Təbii ki, bundan sonra Zakir Həsənovun çətin günləri başlayır. Hələlik Səfər Əbiyevin dövründəki problemlərdən doğan şiddətli ictimai nifrət Zakir Həsənovun istənilən bir addımının rəğbətlə qarşılanmasını təmin edir. Amma cəmiyyət tez unudur və Səfər Əbiyev unudulandan sonra artıq üzə çıxa biləcək problemlərə görə məsuliyyət Zakir Həsənovun çiyinlərində olacaq. Bu zaman onun hansı addımlar atacağı çox maraqlıdır»…

Geri qayıt