Əsas Səhifə > Gündəm, Manşet > "Həkim deyir ki, əlillik təyin etmək olar, amma gərək sən də “hərəkət edəsən”..."

"Həkim deyir ki, əlillik təyin etmək olar, amma gərək sən də “hərəkət edəsən”..."


29-01-2020, 08:42
"Həkim deyir ki, əlillik təyin etmək olar, amma gərək sən də “hərəkət edəsən”..."
DİA.AZ: - Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakini 4 ilin qaraciyər serrozu yataq xəstəsi Rzaxanov Əbülfəz Ehtiqat oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 1965-cı ilin yanvarın 1-də anadan olmuşam. Hazırda 55 yaşım var. 4 ildir ki, Ağır vəziyyətdə xroniki hepatit “B” virusu (qaraciyər serrozu) xəstəliyindən əziyyət çəkirəm. Hər ili özəl və dövlət klinika və xəstəxanalarında müalicələr almışam. Bütün bunlara baxmayaraq vəziyyət ağırlaşmaq üzrə davam edir. Artıq evdən bayıra çıxa və hərəkət edə bilmirəm. Şiddətli ağrılardan əziyyət çəkirəm. Yalnız ailə üzvlərimin köməyilə gündə bir dəfə həyətə düşə bilirəm. Abşeron Mərkəzi Xəstəxanasının həkimi də deyir ki, sənin ağır xəstəliyinə görə 2-ci qrup əlillik təyin etmək olar. Amma gərək sən də “hərəkət edəsən” Bax bu “hərəkət edəsən” sözünü əvvəllər başa düşə bilmirdim. Sonra qonşularım başa saldılar ki, həkim demək istəyir ki, 2-ci qrup əlillik almaq üçün gərək əlini cibinə salasan deməyi nəzərdə tutur. Onları başa salıram ki, heç kim bilməsə də axı siz yaxşı bilirsiniz ki, 4 ildir ki, sağalamlığım tam əldən gedib. İndi yataq xəstəsiyəm. dərmanların hesabına güclə yaşayıram. Axı mən onlara indiki vəziyyətdə nə verə bilərəm? Utanmırlarmı? Görmürlərmi, 1 ay ömrüm qala ya qalmaya.

Budur, sağalamlıq vəziyyətim günü-gündən get gedə pisləşir. Həkimlər artıq mənə heç bir müalicənin köməyi ola biləcəyini mümkünsüz hesab edirlər. Hazırda mənə kənar qulluq olunur. Mən lazım olan dərmanlarımı alıb çatdıra bilmirəm. Dərman olmayanda vəziyyətim çox pisləşir. Sağalmaz xəstə olmağıma baxmayaraq forma 88 vermirlər ki, mənə tibb komissiyasında əlillik dərəcəsi verilsin.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim ağır xəstəliyimə görə heç olmasa ömrümün son aylarında da olsa əlillik dərəcəsi verilməsində köməklik göstərin. Yoxsa, başqa cür qanunlar burada icra olunmur. O dəqiqə adamın əlinə baxırlar. Mən də çarəsiz bir vəziyyətdə qalmışam. Bilmirəm ailəmin çörəkpulu olan qəpik-quruşu dərmanlarıma verim, yoxsa quru çörək alıb fiziki mövcudluğumuzu saxlayaq. Allah kəssin belə yaşayışı. Əvvəlcədən sağ olun deyirəm".

Geri qayıt