Əsas Səhifə > Gündəm, Manşet > Yardımlı təhsilinin yardıma ehtiyacı var...
Yardımlı təhsilinin yardıma ehtiyacı var...8-01-2020, 09:26 |
Şübhəsiz, Prezidentin təhsil sahəsinə ayırdığı diqqət, bu sahədə irəliləyişin əldə olunması üçün göstərdiyi fəaliyyət heç kimə sirr deyil. Ölkə başçımız ictimaiyyətlə görüşlərində dəfələrlə təhsilimizə qayğı göstərilməsinin vacibliyini vurğulamış, təhsil "məmurlarının" özbaşınalığına son qoyulmasını dönə-dönə qeyd etmişdir. Çox təəssüf ki, Yardımlı rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Sadiyevin özbaşınalığına son qoyulmur ki, qoyulmur... Vaxtilə rayonun Mədəniyyət sahəsinə rəhbərlik edən Sadiyev yarıtmazlığına və səriştəsizliyinə görə İcra başçısı S.Mikayılov tərəfindən rayon ictimaiyyətinin gözü qarşısında zaldan qovulmuş və vəzifəsindən azad edilmişdir. Di gəl ki, vəzifə hərisliyi onu gecə-gündüz rahatsız etmiş, hansısa sehrli qüvvələr tərəfindən özünü Təhsil Şöbəsinə pərçim etmişdir... Təzə işində heç kimi saymayan Sadiyev o vaxtdan özünü "kral" kimi aparmağa başlamışdır. İlk baxışda "adam kimi adam" təsiri bağışlayan Sadiyev necə olubsa dövlət qulluğunda çalışdığı vaxt özünü "pensioner" qayırıb. Oğlunu hərbi xidmətdən yayındırmaq üçün bir çox qapıların ağzında əmrə müntəzir dayanıb... Hələ bu harasıdı, MİQ (Müəllimlərin İşə Qəbulu)-lə bağlı bir neçə vətəndaşın başını necə tovlayıbsa, onlar hələ də tovlana-tovlana qalıblar... Dövlət qulluğunda çalışan birinin üzdə olan əməllərindən bir neçəsidir bunlar. Necə deyərlər, bunlar "dəryada damladır". Yaxın qohumu vasitəsilə hansısa internet televiziyasında Yardımlının bütün dövlət və icra strukturlarını aşağılayan, rayonda sanki bütün idarə və müəssisələrdə layiqsiz və savadsız insanların çalışmasını höccələyən də İman Sadiyevdir... Bu yazının birbaşa Təhsil Nazirliyinə aid olub-olmadığını qoy oxucular özləri desin. Amma İman Sadiyevin hətta yaxın çevrəsi yanında "mən Bayramov zad hərləmirəm" kəlmələrini eşidənlər çox olub. "Burda mənəm, Bağdadda kor Xəlifə" sevdası ilə yaşayan İmanın xəlifəlik xülyasına son qoyulmasının tezliklə şahidi olacağımıza inanırıq. Ən azı, son vaxtlar ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar bunu deməyə əsas verir... //rublika.az// Geri qayıt |