Əsas Səhifə > Gündəm, Manşet > Beyləqanda 1 milyonluq tenderi mal bazarının müdiri udub?

Beyləqanda 1 milyonluq tenderi mal bazarının müdiri udub?


3-09-2019, 09:37
Beyləqanda 1 milyonluq tenderi mal bazarının müdiri udub?
Beyləqan rayon İcra Hakimiyyətinin "Abadlıq və quruculuq" işləri üzrə sifarişçi olduğu tenderə yekun vurulub.

Dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz) manat olan tenderin qalibi "Vaqif" firması olub.

Qeyd edək ki, "Vaqif" firması təxminən bir ay öncə - iyul ayının 29-da Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin "Yolların əsaslı təmiri" lotu üzrə sifarişçi olduğu 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq daha bir tenderin qalibi olub.

Qlobal.az Beyləqan rayon İcra Hakimiyyətinin tenderlərinin qaibi olan "Vaqif" firması ilə bağlı maraqlı məlumat əldə edib.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Vaqif" firması 1997-ci ildə təsis edilib.

Firmanın qanuni təmsilçisi Qəhrəmanov Qəhrəman Qiyas oğludur.

İnternet üzərindən apardığımız araşdırma zamanı isə "Vaqif" firmasının qanuni təmsilçisi Qəhrəman Qəhrəmanovla bağlı maraqlı məlumat əldə etdik.

Belə ki, cari ilin iyun ayının 25-də PİA.az saytı "Asif Ağayev üçün Beyləqan mal bazarının müdiri niyə önəmlidir?" başlıqlı (http://pia.az/asif-agayev-ucun-beyleqan-mal-bazarinin-mudiri-niye-onemlidir--304939-xeber.html) məqalədə yazır: "Beyləqandan Pia.az daxil olan məlumata görə icra başçısı Asif Ağayev rayonun mərkəzində həyata keçirilən təmir tikinti işlərini mal bazarının müdiri Qəhrəman Qəhrəmanov adlı şəxsə tapşırıb. Prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırdı. İndi icra başçısı Asif Ağayev rayonun mərkəzi küçələrinin abalaşdırılması ilə məşğuldur. Rayon sakinləri Asif Ağayevin abadlıq, təmir işlərindən razı olsalar da bu işlərin Beyləqan mal bazarının müdiri Qəhrəman Qəhrəmanova verilməsi rayonda birmənalı qarşılanmır və digər iş adamlarının narazılığına səbəb olur. Çünki rayonda təmir işləri ilə məşğul olacaq xeyli sahibkar olduğu halda bütün işlərin Qəhrəman Qəhrəmanova verilməsini iş adamları ədalətsizlik kimi qəbul edirlər".

Daha sonra sayt icra başçının iş adamına vəzifə vermək istədiyini, ancaq iş adamının bu təklifi qəbul etmədiyi yazır: "Məlumatda iddia edilir ki, icra başçısı Qəhrəman Qəhrəmanova və onun qudasına yaxın vaxtlarda vəzifə verəcək. Belə ki, başçı Qəhrəman Qəhrəmanova İcra hakimiyyətində hazırda Məhəmməd Qələndərovdan boş qalan müavinlik postuna qudası gətirmək istəyir. Bu təyinata Qəhrəman Qəhərmanovun heç də yaxşı baxmadığı da vurğulanır. Çünki tender işləri ilə məşğul olan iş adamaının belə bir məsuliyyətli postu idarə etmək üçün zamanı olmadığı ortadaddır. Qəhrəman Qəhərmanov daha çox pul qazanmağa çalışdığından başçının onu müavin gətirmək istəyini qəbul etmir".

Onu da qeyd edək ki, "Vaqif" firmasının maddi-texniki bazası, işçi qüvvəsi və iş təcrübəsi barədə hər hansı bir məlumata rast gəlinmir.

Geri qayıt