Əsas Səhifə > Gündəm, Manşet > "Nazirliyin sistemini elə qurublar ki..."
"Nazirliyin sistemini elə qurublar ki..."9-03-2019, 09:50 |
DİA.AZ: - Suraxanı rayonun, Yeni Suraxanı qəsəb, Mərkəzi küçə, ev 22-də yaşayan Məmmədova Mətanət Məmməd qızı tərəfindən prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "1991-ci ildən 2018-ci ilin iyun ayınadək fasiləsiz olaraq orta və ali təhsilli kadr olaraq işləmişəm. 2001-2018-ci ilədək son iş yerim “Təfəkkür” Universiteti olmuş və məlum hadisələrlə bağlı ixtisar olunmuşam. Müvafiq iş tapa bilmədiyimə görə 2018-ci ilin noyabrından yaşadığım ərazi üzrə Suraxanı rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata götürülmüşəm. Lakin iş olmadığına görə məni peşəyönümü kursuna ( dərziçilik üzrə) rəsmi məktubla yönəltdilər. Budur, 4 ay vaxt keçdi. Bu müddət ərzində dəfələrlə nazirliyikdə qəbullarda oldum, dəfələrlə rəsmi müraciətlər etdim. Nəhayət, bu il fevralın sonunda Bakı Məşğulluq İdarəsindən telefonla bildirdilər ki, “sizin adınıza rayonda pay torpaq olub, ona görə də sizi dərziçilik kursuna cəlb edə bilmərik.” Bakı DMX-nın süründürməçi və bürokrat məmuru bu cavabı heç əsaslandıra da bilmədi. Hansı qanunvericilikdə, hansı təlimatda və yaxud əsasnamədə belə imtinanın cavabı göstərilib, rəsmən təqdim edə bilərsinizmi? Sualına isə cavab ala bilmədim. Axı bu cavab mənə 4 ay əvvəl də verilə bilərdi və qanunvericiliyin hansısa maddəsinə əsaslanaraq rəsmi cavab da verilməli idi. Amma şifahi bürokrat cavabından başqa bu günədək heç bir rəsmi imtina cavabı hələ də təqdim olunmamışdır. Əslində belə cavab nəinki qanunvericiliyə,heç məntiqə də uyğun gəlmir. Nazirliyin rəsmi saytına daxil olub “məktub yazmaq” bölməsinə daxil olub şikayətimi nazirə bildirmək istədim. Amma məktub göndərilmədi. Qeyd edildi ki, ulduzlu xanaları doldurun. Baxmayaraq ki, hamısı doldurulmuşdur. Deməli, nazirliyin internet xakerləri də bu sistemi elə qurublar ki, hər gün nazirliyə daxil olan minlərlə şikayətlərin qarşısı bu formada alınsın. Nazirlik bürokratlarının imtina cavabının motivi isə konkret budur. Mən Nazirlikdə 2-ci otaqda 11 dekabrda rəsmi qəbulda olarkən, müfəttiş Bakı Məşğulluq İdarəsilə telefon əlaqəsi saxlayaraq peşəyönümü üzrə dərziçilik kursuna cəlb olunma ilə bağlı suala yeni ildən sonra cavabı aldı və dekabrın 1-dən kursların artıq başlanmasını bildirdi. Müfəttiş irad bildirdi ki, hər dəfə mən gəlib peşəyönümü kurslarını dərs vaxtı yoxlayanda oradabir qrupda (15-16 nəfər əvəzinə) 2-3 nəfərdən artıq adam görməmişəm.” Bu cavabdan aydın olur ki, nazirliyin peşəyönümünə reallıqda ehtiyacı olanlara qəsdən yer verilmir.Yer yalnız bu işin təşkilatçıları tərəfindən özlərinə uyğun və heç peşəyönümünə ehtiyacı olmayan qohum-qardaş, dost tanışların adlarının kurslara formal yazılmasıilə müdavimlərə dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş yol xərclərinin mənimsənilməsindən gedir. Kim bu fakta inanmırsa bu günə qədər peşəyönümünə cəlb edilmiş minlərlə insanın həqiqətənmi işsiz stasusu olmasını və ya yeni peşə öyrənməsinə ehtiyacın olmasını araşdırıb ciddi korrupsiya faktını ortalığa çıxarmaq olar.Və bu kursları bitirənlərin indiki vəziyyətini öyrənməklə. Mənim kimilərin də qabağına bəhanə qoyurlar ki, bəs sizin rayonda torpağınız olmalıdır. Sizi bu kursa cəlb edə bilmərik. Deməli 19 ildir ki, Bakıda yaşayıb, işləməyimə rəğmən indi gedib torpaqda taxıl əkməyə məcbur olmalıyam. Onda əvvəldən Bakıda əlacsız məskunlaşmış və işləmiş yüz minlərlə insana qarşı qadağa tətbiq edərdiniz ki, sizin rayonda pay torpağınız olduğuna görə Azərbaycanın şəhərlərində yaşamaq və işə düzəlmək hüququnuz yoxdur, eləcə də peşəyönümü kurslarına cəlb edilə bilməzsiniz. Bərəkallah! Qardaşlarım 3il, 4 il Qarabağ müharibəsində iştirak etsin, həyat yoldaşım 4 il AO qulluqçusu vəzifəsini yerinə yetirsin, yeganə oğlum “Aprel döyüşlərində” iştirak etsin axırda işsiz qaldığım, əlacsız olaraq dərziçilik kursuna yazılıb yeni peşə sahibi olmağı mənə çox gördülər. Axı bundan artıq dövlət qarşısında hansı borcları yerinə yetirməliyik ki, ümidlə müraciət etdiyimiz Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxslərin bacısı oğlu, xalası oğlu, qızı, dostu və s. qohum-əqrəbalarından ibarət bürokratları adi bir məsələnin həllinə imkan verməsinlər? Bunun bir adı var. Rüsvayçılıq və rəzalət. Cənab Prezident, görünən budur ki, Sizin etimad edib 1 il əvvəl göndərdiyiniz nazir cənab Sahil Babayev öz sələfindən qalma hətta cüzi bürokratik problemləri belə həll etməkdə acizlik göstərir. Bu hal çox təəssüfləndiricidir. Odur ki, Sizdən çox xahiş edirəm, ƏƏSMN sistemində ciddi islahatların keçirilməsinə və mənim kimi işsiz və əlacsız insanların haqqına girən süründürməçi məmurların son illərinin fəaliyyətinin araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəsiniz.Əvvəlcədən təşəkkürlər". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |