Əsas Səhifə > Gündəm, Manşet > Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...

Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...


22-02-2019, 08:42
Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...
DİA.AZ: - Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Azər Ələsgər oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşın ittiham dolu müraciətini olduğu kimi təqdim edirik:

"Ucar rayon Pambıq emali zavodunun direktoru Həsən Şahverdiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zavodu viran günə qoyub, narazılıq yaradıb, talançılqla məşğuldur.Az müddətdə fəaliyytə başlamış Ucar rayon Pambıq emalı zavodunda narazılıqlar pik həddə çatıb.Həsən Şahverdiyev Pambıq emalı zavodunu kolxoz bazarına döndərib.Zavodda adi fəhlə işləməyə qəbul üçün bir nəfərdən 1500 manar rüşvət alınır.Əmək haqqı 400 manat yazılsada işçiyə 200 manat pul verilir.İşçilərin çoxu xəbərdarlıq edilmədən müqavilə müddəti bitməsi bəhanəsi ilə işdən qanunsuz olarar çıxarılır.Buna görə böyük bir narazılıq ordusu yaranıb.Narazılıq edən işdən çıxarılmış şəxslərə isə Həsən Şahverdiyev deyir ki, gedin hara istəyirsiniz şikayət edin mənim arxamda Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Şöhrət Vəkilov və Pi Aqronun müdiri Azər müəllim dayanır. Onlar bu zavodu mənə bağışlayıblar belə idarə edirəm. Həsən Şahverdiyev Pambıq Emalı Zavodunda hər gün tonlarla çiyid satdırır. 1 klioqramı 28 qəpiyə satılan çiyidi almaq üçün zavodun həyətində avtomobillər saatlarla növbəyə dayanırlar.Sanki zavod kolxoz bazarıdır.Həsən Şahverdiyev saxtakarlıqla şişirdilmiş rəqəmlərlə küllü miqdarda pulları talan edir.Zavodun mühafizəsinı heç bir təşkilatla müqavilə bağlanılmadan adi insanlar təşkil edir.İllik müqaviləyə görə zavodun mühafizəsi üçün 50.000 manat pul ayrılsada bunun üçün cəmi 20.000 manat pul xərclənir qalan pullar isə Həsən Şahverdiyev tərəfindən talan edilir.

İşçilər hər gün səhər saat 08-00 dan axşam saat 22-00 kimi işlədilirlər. Həmçinin işçilər burada şənbə- bazar günləridə işlədilirlər.Həsən Şahverdiyev işçilərlə çox kobud rəftar edir.Həttda onun kobud rəhtarına, tərbiyəsiz hərəkətlərinə görə zavoddan ərizə yazıb işdən çıxanlarda olub. Pambıq emalı zavodunda kran avtomaşınlarının aylıq pulu 7000 manat yazılır ancaq onlara 3000 manat verilir, 4000 manatı isə Həsən Şahverdiyevin cibinə gedir.Zavodda isə hazırda 5 kran avtomaşını işləyir.Az müddətdə böyük talançılıqla məşğul olan Həsən Şahverdiyevin korrupsiya cinayətləri nəticəsində dövlətə küllü miqdarda ziyanlar dəyib.Əgər zavodun fəaliyyəti obyektiv yoxlanılarsa Həsən Şahverdiyev və onun Şahin adlı müavininin cinayət əməlləri tam subut olunacaq. Bütün bu olanlardan isə Kənd Təsərrüfatı Naziri İnam Kərimovun xəbəri yoxdur.Olsun ki, Həsən Şahverdiyevin özü dediyi kimi Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Şöhrət Vəkilov və Pi Aqronun müdiri Azər müəllimin himayəsi altında bu talançılıq həyata keçirildiyi üçün nazir İnam Kərimovun bunlardan xəbəri yoxdur".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...
Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...
Ucarda pambıq emalı zavodunun rəhbərliyi ittiham olunur...

Geri qayıt